III Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində açılış mərasimi baş tutub. Dalidag.az xəbər verir ki, açılış mərasimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirməsi ilə başlayıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə diqqət çəkən dövlət başçısı Xankəndi şəhərində keçirilən 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunun, eləcə də

Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində sərəncamda olacaqlar. Dalidag.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və

" Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib. Dalidag.az xəbər verir ki, bu barədə "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib. O deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib. Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər Azərbaycan və ingilis

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24611 nəfər və ya 0,24 faiz artıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Belə ki, əhalinin sayı cari ilin sentyabr ayının 1-i vəziyyətinə 10249500 nəfərə çatıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Tanınmış şair Əlisəmid Kür bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Dalidag.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Qeyd edək ki, səhhətində yaranan narahatlığa görə şair sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirirdi.Allah rəhmət eləsin.

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür. Dalidag.az xatırladır ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib. Dalidag.az "unikal"a istinadən xəbər verir ki, əsgər İbrahimli Əli Ramin oğlu oktyabrın 5-də axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.Müdafiə Nazirliyi faktı sayta təsdiqləyib. Qeyd edək ki, mərhum oktyabrın 6-da Şəmkirdə torpağa tapşırılıb. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalı təsis ediləcək. Dalidag.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna dəyişiklik təklif edilir. Məsələ parlamentin 10 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.

2025-ci ildə fizika üzrə Nobel mükafatını Con Klark, Maykl Devore, Con Martinis alacaqlar. Dalidag.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilib ki, alimlər bu mükafata elektrik dövrəsində makroskopik kvant tunelləşməsi və enerji kəmiyyətləşdirilməsinin kəşf edilməsinə görə layiq görülüblər.

Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən on minlərlə məcburi köçkün uzun illərdir ölkənin müxtəlif bölgələrində salınmış qəsəbə və şəhərciklərdə məskunlaşıb. Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə köçkünlərin öz doğma torpaqlarına qayıdışı artıq mərhələli şəkildə həyata keçirilir. Doğma yurdlarına qayıdan insanların köçkün qəsəbələrindəki evləri və şəhərciklərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək taleyi
Yazı axını