Kəlbəcərli şair Səxavət Kəlbəcərli xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Əvəz Zeynallıya görə Palmali Şirkətlər Qrupunun sahibi, iş adamı Mübariz Mənsimova müraciət edib. Dalidag.az həmin müraciətin mətnini olduğu kimi təqdim edir: "Hörmətli Mübariz Mənsimov! Sizə bir vətəndaş, bir jurnalist həmkarı və Əvəz Zeynallının haqq tərəfdarı olan biri kimi müraciət edirəm. Əvəz Zeynallı Azərbaycan cəmiyyətində illərlə haqqın, ədalətin səsini ucaldan, çəkinmədən sözün düzünü deyən,

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. "AzerGold" QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev bildirib ki, yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təqdim olunan stendində nümayiş olunub. Yeni sikkə füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub. Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq

Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək. Dalidag.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. “Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən iyulun 7-dən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək. Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə

Daha üç Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi” çərçivəsində Laçın şəhərində İƏT-in Qadınlar Forumu keçirilir. Dalidag.az xəbər verir ki, forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələrində sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Dalidag.az xatırladır ki, Ordunun yaradılmasından 107 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Azərbaycan dövlət müstəqilliyini

Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Aparatında sektor müdiri vəzifəsində çalışan Qurban Sadıqov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub. Qeyd edək ki, Qurban Sadıqov əslən Kəlbəcərdəndir. 1993-cü ilin məlum işğal hadisələrindən sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərində müvəqqəti məskunlaşıb. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsinin olacağı ilə bağlı məlumat yayılmışdı. “Hraparak” nəşrinin iddiasında bildirilirdi ki, Ermənistan tezliklə öz ərazisinin təxminən 180 kvadrat kilometrini Azərbaycana verəcək və bunun müqabilində cəmi 25 kvadrat kilometr ərazini alacaq. Dalidag.az publika.az-a istinadla xəbər verir ki, nəşr bununla bağlı yeni iddialar yayıb və hansı ərazilərin veriləcəyi ilə bağlı xəritə dərc edib. Bildirilir ki, Ermənistan Təhlükəsizlik

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib. Dalidag.az xəbər verir ki, bu barədə “Kaliber” erməni KİV-lərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Teğ (Dığ – red.) icmasının sakinləri – Karen Armenoviç Cangiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib. Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı,
Yazı axını