Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İrandan cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib. Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Şəkidə yeni şəlalə tapılıb. Dalidag.az xəbər verir ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 5 – 6 may tarixlərində Şəkinin Şin kəndindən təxminən 7-8 km şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arası ərazi) qolu və eyni adlı dərədə ekoloji monitorinq işləri aparılıb. E.Qarayev Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən

"Qızım Hökumənin xatirə muzeyi avqustun birinci yarısında hazır olacaq". Dalidag.az xəbər verir ki, bunu teleqraf-a Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib. "İki mərtəbə nəzərdə tutulan muzeyin hazırda ikinci mərtəbəsi tikilir. Burada qızımın şəxsi əşyaları, şəkilləri sərgilənəcək. Həmçinin onun cehizləri də muzeyə yerləşdiriləcək",- deyə C.Əliyev deyib. Milli Qəhrəmanın atası qızının həyat yoldaşı Etibar Əliyevin də muzeyin tikilməsinə dəstək olduğunu açıqlayıb: "Etibar bəylə

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin

Daha 5 itkin-şəhid dəfn ediləcək. Dalidag.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Xankəndidə daha bir məktəb açılacaq. Dalidag.az xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı səsləndirib. O bildirib ki, bu il Xankəndi şəhərində fəaliyyətə başlayan 4 nömrəli məktəb tam gücü ilə fəaliyyət göstərir və həmin ərazidə ikinci məktəbin də açılması planlaşdırılır: “Bu baxımdan əminliklə deyə bilərik ki, yaxın illərdə işğaldan azad edilmiş bütün ərazilərimizdə təhsilin

Ermənistanda doğum yeri “Azərbaycan” yazılan pasportların hələ də qüvvədə olması qalmaqal yaradıb. Dalidag.az publika.az-a istinadən xəbər verir ki, Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə köçürülmüş ermənilərə verilən Ermənistan pasportlarında doğum yeri kimi “Azərbaycan” göstərilirdi. Bu, Qarabağın Azərbaycan ərazisi, Ermənistanın isə işğalçı olduğunu təsdiq edən fakt olsa da, rəsmi İrəvan bunu dəyişə bilmirdi. Çünki Qarabağ və işğal olunmuş digər ərazilər beynəlxalq müstəvidə

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağış leysan xarakterli və intensiv olub. Mayın 6-da saat 19:52-19:56 radələrində Kəlbəcər rayonuna dolu düşüb. Dolunun diametri 8 mm ölçüdə olub. Dalidag.az

Antarktida sahillərində yeni qitə formalaşır. Dalidag.az xəbər verir ki, Avstraliya və Fransa alimləri Hind okeanının cənubunda, Antarktida yaxınlığında yeni qitənin əmələ gəlməsinin əlamətlərini aşkar ediblər. “Terra Nova” jurnalında dərc olunan araşdırmaya görə, bu bölgədə gələcək torpağın əsası olan kontinental qabıq fəal şəkildə formalaşır. Süxurların tərkibinin təhlili göstərib ki, burada yer qabığının quruluşu tipik okean quruluşundan çox fərqlidir. Tədqiqatçılar yüksək artım tempini qeyd

"Hava dumanlı olduğundan yolu azdım, evə gedə bilmədim". Dalidag.az bildirir ki, bunu apa-nın yerli bürosuna Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər rayon sakini, şəhid atası Kamil Abdullayev deyib. "Dünən səhər çaşır yığmağa getmişdim. Axşamüstü qızımla danışanda dedim ki, gəlirəm. Sonra bir qədər də çaşır yığdım. Bu zaman duman gəldi, güclü yağış yağdı. Hansı tərəfə gedəcəyimi bilmədim. Bu gün səhər tezdən duman çəkiləndən sonra yola davam elədim. Göygöl rayonunun Danayeri kəndinə gedib
Yazı axını