Reklam
Yeni kəşf olunan asteroid Yer kürəsinə çırpıla bilər
15-01-2026 10:58

Yanvarın 14-də aşkar edilən CE2XZW2 asteroidi Yer kürəsi ilə toqquşa bilər.
Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun elmi işçisi Nikolay Jeleznyov məlumat verib.
“Nominal orbit Yerin mərkəzindən təxminən 3 min kilometr məsafədən keçir. Bu isə toqquşma ehtimalının yüksək olduğunu göstərir. Amma söhbət müəyyən ehtimaldan gedir, bu da kifayət qədər yüksəkdir”, - elm adamı deyib.
Jeleznyovun sözlərinə görə, hələlik toqquşmanın nə vaxt baş verə biləcəyini anlamaq üçün kifayət qədər məlumat yoxdur, bunun bu gün də baş verməsi mümkündür.
Rusiyalı astronom qeyd edib ki, yeni aşkar olunan asteroidlərin orbitləri ilə bağlı məlumatlar ilkin mərhələdə qeyri-dəqiq olur. Müşahidələr davam etdikcə dəqiqlik artır, mümkündür ki, Yer ümumiyyətlə asteroidin enişinin proqnozlaşdırıldığı zonadan kənarda qalsın.
Jeleznyov xatırladıb ki, asteroidin Yerə düşməsindən cəmi bir gün əvvəl aşkar edildiyi ilk hadisə 2008-ci ildə baş verib.
Astronom CE2XZW2-nin ölçülərini təxminən 20 metr olaraq qiymətləndirib. Onun dediyinə görə, bu cür göy cisimləri Yerin atmosferinə daxil olduqda mütləq partlayır. Buna görə də asteroid Yerin atmosferinə daxil olsa belə, planetin səthinə yalnız kiçik fraqmentlər çata bilər.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-01-2026 10:58
Baxış sayı: 319Yazı axını
16 / 01 / 2026
15 / 01 / 2026
15 / 01 / 2026
14 / 01 / 2026
14 / 01 / 2026
13 / 01 / 2026
12 / 01 / 2026
11 / 01 / 2026
07 / 01 / 2026
07 / 01 / 2026
06 / 01 / 2026
06 / 01 / 2026
05 / 01 / 2026
04 / 01 / 2026
04 / 01 / 2026
03 / 01 / 2026
01 / 01 / 2026
31 / 12 / 2025
31 / 12 / 2025
28 / 12 / 2025
28 / 12 / 2025
27 / 12 / 2025
Ən çox oxunanlar





.jpg)






















