Reklam
Ağdamda əmək yarmarkası keçirilib
16-01-2026 14:33

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə birgə Ağdam şəhərində əmək yarmarkası keçirib.
Dalidag.az xəbər verir ki, əmək yarmarkası çərçivəsində iştirakçılara Ağdamda fəaliyyətə başlaması nəzərdə tutulan “Araz” mağazası üzrə 10-dan çox vakansiya təqdim edilib.
Satıcı, kassir, satıcı-bişirici, mal qəbul edən və digər vəzifələr üzrə mövcud vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb və ilkin seçim prosesi həyata keçirilib.
Tədbirdə iştirakçılara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları, bu proqramlardan yararlanma imkanları və müraciət qaydaları, eləcə də “Araz” supermarketlər şəbəkəsində işə qəbul, karyera yüksəlişi və digər imkanlar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi ölkə əhalisinin məşğulluğuna töhfə verən və əmək bazarına peşəkar kadrlar yetişdirən böyük işəgötürəndir. Hazırda şirkət 13.000-dən çox şəxsi işlə təmin edir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 16-01-2026 14:33
Baxış sayı: 369Yazı axını
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
Ən çox oxunanlar





























