Reklam
Laçın Rayon Mərkəzi Xəstəxanasında geniş tərkibli iclas keçirilib - Fotolar
10-02-2026 21:04
İclasda müəssisənin 2025-ci il üzrə fəaliyyəti təhlil olunub, qarşıdakı dövr üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Qarşıya çıxan problemlər, mövcud çatışmazlıqlar və onların aradan qaldırılması istiqamətində görülən tədbirlər müzakirə edilib.Tədbir çərçivəsində Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov təqdimatla çıxış edərək xəstəxananın fəaliyyət göstəriciləri, mövcud vəziyyət və strateji hədəflər barədə məlumat verib.
İclas qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Direktorun müavini - baş həkim Nəcibə İbadova, direktorun inzibati məsələlər üzrə müavini Muğan Nəzərli, Təcili yardım şöbəsinin müdiri Vilad Əliyev, Şüa-diaqnostika şöbəsinin müdiri Bəxtiyar Qasımov, tibbi sığorta üzrə mütəxəssis Qorxmaz Vəliyev və Laboratoriya şöbəsinin həkim-laborantı Aynurə Əsgərova hesabat xarakterli çıxış ediblər.
Tədbirdə xəstəxananın struktur bölmə rəhbərləri, həkimlər, digər tibb işçiləri və inzibati heyət iştirak edib.
Dalidag.az















Kateqoriya: Sosium
Tarix: 10-02-2026 21:04
Baxış sayı: 398Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























