Reklam
Günəşdə əsrin ən güclü partlayışlarından biri başa çatıb
08-02-2026 10:00
Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, Günəşin Yerə maksimum təsir zonasına daxil olan 4366 nömrəli aktiv sahə fevralın 4–5-də yüksək fəallıq göstərib. Həmin müddətdə burada M və X siniflərinə aid ümumilikdə 11 partlayış qeydə alınıb. Lakin fevralın 6-dan etibarən bu bölgədə aktivlik kəskin şəkildə azalıb və sonrakı günlərdə minimum səviyyədə qalıb.
Mütəxəssislər vurğulayıblar ki, baş verən partlayışların heç biri Yer kürəsində güclü maqnit qasırğalarına səbəb olmayıb.
Tədqiqatçıların qənaətinə görə, Günəş yaxın vaxtlarda nisbi sabitlik mərhələsinə daxil ola bilər, lakin bu dövrün nə qədər davam edəcəyi hələlik dəqiq deyil.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 08-02-2026 10:00
Baxış sayı: 359Yazı axını
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
Ən çox oxunanlar






























