Reklam
Bu tarixdə planetlərin böyük paradı olacaq
05-02-2026 09:53
Fevralın 28-də axşam astronomik hadisə - planetlərin böyük paradı baş verəcək.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, həmin tarixdə gün batandan sonra altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın müəyyən bir hissəsində müşahidə olunacaq.
Qeyd olunub ki, həmin vaxt planetlərin dördü adi gözlə, ikisi isə optik alətlərlə görünəcək. Belə hadisələr nadir baş verir və axşam saatlarında müşahidə üçün əlverişli olması onu daha da cəlbedici edir.
Ən parlaq obyektlərdən biri olan Venera, eləcə də Yupiter və Saturn asanlıqla seçiləcək. Merkuri üfüqə yaxın olduğundan müşahidə üçün üfüqü açıq olan ərazilər - dənizkənarı və şəhərdən kənar məkanlar tövsiyə olunur. Uran və Neptun isə yalnız binokl və ya teleskop vasitəsilə görünəcək. Bakı üçün ən əlverişli müşahidə vaxtı təxminən saat 19:10-20:30 aralığında olacaq.
Astronomiyada "planetlərin paradları" iştirak edən planetlərin sayına görə təsnif edilir. 3-4 planet kiçik, 5 planet orta, 6 və daha çox planet böyük parad sayılır.
Fevralın 28-də altı planetin eyni vaxtda görünməsi bu hadisəni "planetlərin böyük paradı" kateqoriyasına daxil edir. Belə hadisələr orta hesabla 10–20 ildən bir, bu qədər əlverişli axşam şəraitində isə daha da nadir halda baş verir.
Qeyd edək ki, planetlər yalnız səma proyeksiyasında bir xətt boyunca görünür, fiziki olaraq bir-birinə yaxınlaşmırlar. "Planetlərin paradı" Yerə cazibə, seysmik, iqlim və maqnit təsiri göstərmir. İnsan sağlamlığına və təbiətə də heç bir zərəri yoxdur. Bu, tamamilə təhlükəsiz və yalnız müşahidə xarakterli astronomik hadisədir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 05-02-2026 09:53
Baxış sayı: 312Yazı axını
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30










.jpg)

















