Həmidə Ömərova: "Qarabağdakı quruculuq işləri hər birimizdə böyük qürur hissi yaradır"
05-02-2026 12:22
Azərbaycanın Xalq artisti, görkəmli kino və teatr aktrisası Həmidə Ömərova işğaldan azad edilmiş ərazilərdə görülən işlər, sakinlərin öz doğma ata-baba yurdlarına geri dönməsi və Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüb. Şuşaya səfəri zamanı Cıdır düzünün möhtəşəm mənzərəsindən heyranlığını gizlətməyən sənətkar, Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki genişmiqyaslı tikinti işlərinin onda böyük qürur hissi yaratdığını bildirib.Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən genişmiqyaslı məlumatlandırma və təşviqat kampaniyası həyata keçirilir. Bu layihə çərçivəsində tanınmış ziyalıların, sənət adamlarının və gənclərin iştirakı ilə xüsusi videoçarxlar hazırlanır. Xalq artisti Həmidə Ömərovanın iştirakı ilə hazırlanan videoçarxı təqdim edirik.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 05-02-2026 12:22
Baxış sayı: 351Yazı axını
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
Ən çox oxunanlar





























