Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb. Dalidag.az xəbər verir ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb. Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin Ermənistana getməsi separatçıları ciddi şəkildə narahat edib. Dalidag.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb. Bildirilib ki, separatçıların yeni rəhbəri Samvel Şahramanyan bununla bağlı iclas keçirib, əsas məsələ isə Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Ermənistana gedən sakinlər olub. “Qarabağdan gedənlərin əsasən Ermənistan ordusunun

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən qeyd

Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindənaz verilən məlumata görə, şəhərin Seyrəngah ərazisində təşkil olunacaq yarmarkada 20 müəssisə üzrə 130 vakansiya təqdim ediləcək. Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sentyabrın 20-də Laçın şəhərində ilk dəfə əmək yarmarkası təşkil

Laçın şəhərində 32 ildən sonra ilk zəng çalınıb. Dalisag.az xəbər verir ki, Laçın şəhəri 2 saylı tam orta məktəbdə "Bilik günü" qeyd olunub. Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın Rayon Təhsil Sektorunun müdiri Nicat Həsənov, digər rəsmi şəxslər, valideynlər, Laçın sakinləri iştirak ediblər. 2 saylı tam orta məktəbdə Laçın şəhərinə qayıdan sakinlərin 227 övladı ilə yanaşı müvəqqəti olaraq rayonun Zabux kəndinə

Minimum 12, maksimum 24 saat ərzində Laçın yolu açılacaq və humanitar yüklər Xankəndiyə daxil olacaq. Dalidag.az globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan KİV-ləri çıxış edib. Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 12-24 saat ərzində Laçın yolu vasitəsilə əraziyə humanitar yükün daşınmasına başlayacaq. Qeyd edək ki, Rusiya Qızıl Xaç Komitəsi tərəfindən Qarabağa göndərilən humanitar yük maşını bu gün Ağdamdan Xankəndiyə gedib. Dalidag.az

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir. Ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi. Dalidag.az xəbər verir ki, hələ də keçid baş tutmayıb. Artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin

Xankəndidəki separatçı rejimin “qondarma” seçkiləri heç bir ölkə tərəfindən tanınmadı, eyni zamanda, bütün beynəlxalq mərkəzlər bu “seçkini” pisləyən bəyanatlar verdilər. Lakin separatçıları narahat edən əsas məsələ rəsmi İrəvanın mövqeyidir. Qondarma “seçki”də separatçıların yeni “başçısı” seçilən Samvel Şahramanyanı Ermənistan rəsmiləri “təbrik” etməyib: nə baş nazir Nikol Paşinyan, nə parlament sədri Alen Simonyan, nə də hər hansı səviyyədəki bir rəsmi şəxs nəinki təbrik ünvanlamayıb,

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb. Dalidag.az xəbər verir ki, bu barədə İƏT-in bəyanatında bildirilib. “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində

Sentyabrın 9-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024