Reklam

Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülür. Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Beləliklə, bu köçlə Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələrin sayı 69-a (237 nəfər) çatacaq. Dalidag.az

Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəyə təhvil verilib. Dalidag.az xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib. Ekspert bildirib ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq xəttin dəhliz statusunda olmayacağını iddia etsə də, Vaşinqton, Bakı və Ankaradan gələn mesajlar bunun əksini göstərir: “ABŞ Prezidenti Donald Tramp dəhlizdən danışır, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəhlizdən danışır, bir sözlə, hamı

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlayıb. Nazirlikdən verilən məlumata görə, torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Prezidentin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 avqust tarixindən Bakı–Ağdam–Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakıdan Ağdama yola düşüb. Dalidag.az xəbər verir ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşüb, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq. Məlumata görə, sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam

Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" 12 avqust 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Dalidag.az xəbər verir ki, dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür. Onun fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək. Nazirlər Kabineti və Dövlət Komitəsi fərmandan irəli gələn məsələləri həll etməlidir. Dalidag.az

2023-cü ildə Qarabağ paleolitinin nadir və möhtəşəm arxeoloji abidələri sayılan Azıx və Tağlar mağaralarında institut tərəfindən elmi tədqiqat işləri yenidən bərpa olunub. Dalidag.az -ın xəbərinə görə, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Məlumatda deyilir ki, hazırda Azıx mağarasında Azərbaycan-Danimarka-Almaniya, Tağlar mağarasında isə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji

Ağdam rayonunun Xıdırlı kəndinə yol salınan köç karvanı məntəqəyə çatıb. Dalidag.az xəbər verir ki, yenidən qurulan Xıdırlı kəndinə 236 nəfər (60 ailə) qayıdıb. Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli

Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib. Dalidag.az xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib. Onun sözlərinə görə, bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq. Xüsusi nümayəndə forum

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumata görə, Laçın rayonunun Bəylik kəndi də onlardan biridir. Kənddə iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar,

Qarabağ füsunkar təbiəti ilə yanaşı, həm də zəngin mədəni irsi və musiqi ənənələri ilə seçilir. Bu müqəddəs torpaq xalqımıza yüzlərlə dəyərli sənətkar bəxş etmiş, Azərbaycan musiqisinin ən nadir incilərindən olan “Qarabağ şikəstəsi” burada yaranmışdır. Bu torpaqlarda yenidən Qarabağ şikəstəsinin səslənməsi hər bir azərbaycanlının qəlbini titrədir, ruhunu oxşayır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş ərazilərlə bağlı xüsusi video-fləşmob
Yazı axını
25 / 11 / 2026
24 / 11 / 2026
23 / 11 / 2026
23 / 11 / 2026
22 / 11 / 2026
21 / 11 / 2026
20 / 11 / 2026
20 / 11 / 2026
19 / 11 / 2026
18 / 11 / 2026
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
Ən çox oxunanlar
26-11-2026 13:10




























