Reklam
Laçında aqrar təyinatlı torpaqlar icarəyə veriləcək
01-09-2025 13:30
Nazirlikdən verilən məlumata görə, torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Prezidentin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.
İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 (qırx dörd) ilədək uzadılır. İnvestisiya layihəsi Xocavənd, Xocalı və Laçın rayonlarında yerləşən torpaq sahələrində reallaşdırılacaq, layihənin əsas fəaliyyət istiqamətləri isə bağçılıq və heyvandarlıq olacaq.
Qeyd edək ki, ərizələrin qəbulu oktyabrın 15-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçiriləcək.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 01-09-2025 13:30
Baxış sayı: 3195Yazı axını
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
Ən çox oxunanlar






























