Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir, ərazidə kommunikasiya xətləri bərpa olunur. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, sentyabrın 29-da Tərtər və Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Xəbər verdiyimiz kimi, Azərbaycanın daxili işlər orqanlarının qüvvələri Qarabağ bölgəsinin ən böyük şəhəri olan Xankəndiyə daxil olub. Dalidag.az xəbər verir ki, yayılmış son görüntülərdən birində isə Azərbaycan polisinin Xankəndinin girişində yerləşən “məşhur” abidə “Biz və bizim dağlar”ın önündə keşik çəkməsi əks olunub. Polis digər hüquq-mühafizə və təhlükəsizlik qurumları ilə birgə ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Həmin görüntüləri təqdim edirik: Dalidag.az

Azərbaycanın Qarabağ bölgəsində yaradılan qondarma "Arstax respublikası" özünü buraxdığını elan edib. Dalidag.az xəbər verir ki, bu barədə qondarma qurumun "prezidenti "Samvel Şahramanyan qərar verib. Qərara uyğun olaraq, qondarma "respublikanın" bütün qurumları və təşkilatlarıləğv edilir.

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il öt Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 26-sı saat 10:00-a olan məlumat açıqlayıb. Həmin məlumatı təqdim edirik: 1. Atıcı silah və qumbaraatanlar - 909 2. Artilleriya silahları - 47 3. HHM vasitələri - 165 4. Döyüş sursatları - 251308 5. Təchizat və ləvazimatlar - 1674 6. Optik və digər cihazlar - 154 7. Zirehli texnika - 22 8. Avtomobil texnikası -

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub. Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli

DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib. DTX-dan verilən məlumata görə, bu ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib, terrorçu dəstələr təslim olmağa məcbur ediliblər. Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19

Tərk-silah edilən erməni dəstələrinin Ağdərədən çıxmasını əks etdirən video-görüntülər yayılıb. Dalidag.az xəbər verir ki, görüntülərdən ermənilərin Ağdərə ərazisini kütləvi şəkildə tərk etdiyi aydın olur. Həmin anların görüntülərini təqdim edirik:

Qarabağda qanunsuz məskunlaşan ermənilər Şuşa şəhərinin Sarıbaba kəndini tərk edib. Dalidag.az xəbər verir ki, onlar Ermənistana getmək istədiklərini bildiriblər. Razılaşmaya əsasən, Rusiya sülhməramlılarının müşayiəti ilə onlar artıq Ermənistanın Kornidzor şəhərinə çatıblar. Dalidag.az

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024