Reklam
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
22-05-2025 15:50
Ermənistan hökuməti Araz çayının yatağından çay qumunun çıxarılmasını qadağan edir.
Dalidag.az publika.az-a istinadla xəbər verir ki, “Ermənistan Respublikasında Yerin təki Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında” və “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihələri təsdiq olunub.
Yerin təki Məcəlləsi ilə sərhədyanı çayların məcrasından çay qumunun çıxarılması qadağan edilib və pozuntulara görə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş minumum əmək haqqının iyirmi misli miqdarında cərimə tətbiq olunub.
Ermənistan mediası yazır ki, hökumətin bu qərarının məqsədi Araz çayının təkindən çay qumunun çıxarılmasının qarşısını almaqdır. Erməni KİV-lər bu qərarı Azərbaycanın tələbinin qəbul edilməsi kimi təqdim edib.
Azərbaycan Ermənistanın regionda törətdiyi ekoloji fəlakətlərin qarşısının alınması istiqamətində işləyir. Araz çayının çirkləndirilməsi və çay qumunun çıxarılması da belə ekosid aktlarından biridir. Çay qumunun çıxarılması çayın məcrasının dəyişməsinə səbəb olur ki, bu da bütövlükdə Cənubi Qafqaz su mənbələrinə zərbə vurur.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 22-05-2025 15:50
Baxış sayı: 3175Yazı axını
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30











.jpg)
















