Reklam
Xankəndidə yeni yaşayış binaları tikiləcək
02-06-2025 16:26

Dalidag.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunun panelində çıxışı zamanı deyib.
Bildirib ki, Xankəndi şəhərindəki yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı illərində inşa olunub. Şəhərin müxtəlif küçə və prospektlərində yerləşən və o zamanlar Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə tikilmiş hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti artıq istismar müddətini başa vurub. Qəzalı vəziyyətdə olan binalar müvafiq qurumların rəyi əsasında sökülərək, yerində müasir, Azərbaycanın memarlıq üslubuna uyğun hündürmərtəbəli yaşayış binaları tikiləcək. İnşaat işləri dövlət büdcəsi hesabına yox, özəl sektor tərəfindən tikinti şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu da doğma Xankəndidə dayanıqlı məskunlaşmaya və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bir sözlə, özəl sektor tərəfindən həyata kecirləcək tikinti işləri bölgədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 02-06-2025 16:26
Baxış sayı: 3189Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























