Reklam
İlin sonunadək Xocalıya 400 ailə qayıdacaq
20-07-2025 19:39

Dalidag.az xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib.
Onun sözlərinə görə, bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq.
Xüsusi nümayəndə forum iştirakçılarına - yerli və xarici jurnalistlərə Xocalının işğal tarixi, faciə qurbanlarının sayı barədə də məlumat verib.
Xatırladaq ki, iyulun 19-da Xankəndidə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu iyulun 21-də Şuşada davam edəcək. Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 20-07-2025 19:39
Baxış sayı: 3158Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























