Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar. Dalidag.az xəbər verir ki, hazırda içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun

“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”. Dalidag.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib. Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək: “Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

82 yaşlı Qəribə nənə doğma yurda qayıdışın sevincini yaşayır Laçın rayonunun Zabux kəndinin 82 yaşlı sakini Qəribə Həsənova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb. Artıq bir neçə gündür ki, o, kənddəki yenidən tikilmiş evində yaşayır. Zabux kəndini daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Qəribə nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya

Laçın şəhərinin mərkəzində, əsas küçəsində tramvay fəaliyyət göstərəcək. Dalidag.az xəbər verir ki, bu barədə AZTV-nin Laçına ezam olunmuş müxbiri Vüsal Məmmədov məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Laçına səfəri zamanı şəhərin əsas küçəsində qurulmuş sərgi ilə tanış olarkən tramvaya da baxıb. Dövlət başçısı tramvayın küçə boyu işləməsilə bağlı tapşırıq verib. Dalidag.az

Bu gün Laçın şəhəri günüdür. Dalidag.az xəbər verir ki, Azərbaycanda ilk dəfədir ki, Laçın şəhəri günü qeyd olunur. Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tviter

Qarabağın erməni sakinlərinin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir. Dalidag.az xəbər verir ki, buraxılış məntəqəsindən keçən erməni sakinlərdən biri jurnalistlərin sualına azərbaycanca cavab verib. Belə ki, jurnalistlər sözügedən şəxsə yaradılan şəraitdən razı olub-olmaması barədə sual ünvanlayıb. Həmin şəxs isə suala “Lap qəşəng” deyərək cavab verib. İctimai televiziyanın sözügedən hadisə ilə bağlı videomaterialını təqdim edirik: Dalidag.az

Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Dalidag.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dalidag.az xəbər verir ki, avqustun 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 46 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər. Dalidag.az xəbər verir ki, bu barədə Globalinfo.az -a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024