Reklam

Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Rayonun yadelli düşmən tapdağından qurtulmasından dörd il ötür. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb. Laçın rayonu Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ilin mayın 18-də işğal edilib. Laçının

Səhiyyə Nazirliyi "Fərid-İnşaat” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. Dalidag.az xəbər verir ki, müqavilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının mebel və inventarla təchiz edilməsi ilə bağlıdır. Bağlanacaq müqavilənin maliyyə dəyəri 2 341 758,5 manatdır.

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin 33-cü ildönümüdür. 1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus "Mi-8" hərbi helikopteri erməni silahlı dəstələri tərəfindən vurulmaqla növbəti terror hadisəsi törədilib. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət

Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. Dalidag.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib. Fləşmobda Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Doğma yurda qayıdışın sevincini yaşayan uşaqlar birlikdə “Şuşa” sözünü “canlandırıblar”. Fləşmob haqqında

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb. Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

8 Noyabr – Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq. Dalidag.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb. Bildirilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq. Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq. Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram
Artıq onlar da məcburi köçkün deyillər və uzun illərin ayrılığından sonra doğma yurda qovuşublar. Şuşaya qayıtmağın həyəcanını və sevincini böyüklərlə yanaşı uşaqlar da yaşayırlar. İndi açarları təqdim edilən mənzillərdə onların yeni həyatı başlayır: əmin- amanlığa, rifaha, xoş günlərə vəsilə olsun! 8 noyabr 2020-ci ildə tarixi zəfər xəbərini çatdıran Müzəffər Ali Baş Komandanın dediyi kimi "Əziz Şuşa, biz qayıtmışıq". Qeyd edək ki, hazırda burada 220 ailə (823 nəfər) daimi məskunlaşıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə videoqrafların Ağdərə rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərini təşkil edib. Bu barədə Dalidag.az -a Dövlət Komitəsindən bildirilib. Qonaqlar səfər çərçivəsində Ağdərə rayonunun Talış kəndini və Suqovuşan qəsəbəsini ziyarət edib, burada yaradılan şəraitlə tanış olub, sakinlərlə söhbətləşiblər.

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərinin bir qrupu Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərinə səfər ediblər. Dalidag.az xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə 40 nəfərdən ibarət itkin ailələri öncə Ağdam şəhər şəhidlər xiyabanına gəliblər. Onlar burada işğalçı Ermənistan ordusu tərəfindən dağıdılmış şəhid məzarlarını ziyarət edib, məzar üzərinə çiçək dəstələri düzüblər. Sonra səfər heyəti Xocalı rayonuna gələrək müharibə illərində itkin

Xankəndi şəhərində yerləşən Mədəniyyət mərkəzinin binası bərpa ediləcək. Dalidag.az bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir. Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb, müvafiq layihə hazırlanır.
Yazı axını
25 / 11 / 2026
24 / 11 / 2026
23 / 11 / 2026
23 / 11 / 2026
22 / 11 / 2026
21 / 11 / 2026
20 / 11 / 2026
20 / 11 / 2026
19 / 11 / 2026
18 / 11 / 2026
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
Ən çox oxunanlar
26-11-2026 13:10




























