Reklam
İtkinlərin ailə üzvləri Qarabağa gediblər - Şəkil
30-10-2024 14:00
Dalidag.az xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə 40 nəfərdən ibarət itkin ailələri öncə Ağdam şəhər şəhidlər xiyabanına gəliblər.
Onlar burada işğalçı Ermənistan ordusu tərəfindən dağıdılmış şəhid məzarlarını ziyarət edib, məzar üzərinə çiçək dəstələri düzüblər.
Sonra səfər heyəti Xocalı rayonuna gələrək müharibə illərində itkin düşmüş, lakin sonradan nəşləri tapılaraq Xocalı ərazisində dəfn edilmiş şəhidlərin məzarını ziyarət edib, onların ruhuna dualar oxuyublar.
Daha sonra itkin ailəsi üzvləri Xankəndi şəhərinə gəliblər.
Zəfər meydanına gələrək itkin düşmüş doğmaları barədə mediaya məlumat veriblər. Həmçinin səfər iştirakçıları əzizlərinin məzar yerlərinin bildirilməsi üçün beynəlxalq təşkilatlara media vasitəsilə müraciət ediblər.
Qeyd edək ki, itkin ailələrinin üzvləri Şuşa şəhərini ziyarət edəcəklər.
Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 30-10-2024 14:00
Baxış sayı: 3144Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar




























