Reklam

İcra başçısından nümunəvi addım - Şəhidlik zirvəsinə ehtiramın yüksək göstəricisi!
08-02-2025 17:50
Qeyd edim ki, Şəhid Tərlan Məmmədov 1975-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək, 1994-cü il yanvar ayının 10-da itkin düşmüşdür. Şəhidimizin dəfn mərasimi böyük izdihamla həyata keçirildi. Əslində dəfndə diqqətimi çəkən əsas məqam Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin şəhid anasına qarşı göstərdiyi səmimi və qəlbdən gələn münasibəti idi. Öz fəaliyyətində cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutan Anar Tağıyev ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Yevlaxda əsaslı şəkildə hiss olunmasını təmin edən əsas şəxsdir. Şəhər rəhbəri dəfn mərasimində şəhid anasının əllərindən öpərək şəhidlik zirvəsinə öz hörmət və ehtiramını çatdırdı və ona təsəlli verməyə çalışdı. Gördüklərim məni həm kövrəltdi, həm də qürurlandırdı. Ona görə kövrəldim ki, illərdir öz itkin, şəhid övladının yolunu gözləyən ananın gözlərindəki həsrəti, qəm və qüssəni gördüm, hiss etdim. Ona görə qürurlandım ki, cənab prezidentin doğma Yevlaxımızdakı nümayəndəsinin, sözcüsünün - Anar Tağıyevin şəhid anasına qarşı bir övlad kimi davrandığının, onu sevib əzizləməsinin şahidi oldum. Bu mənzərə hər bir məmur üçün nümunədir. Onlar da öz fəaliyyətlərində Yevlaxın icra başçısı Anar Tağıyev kimi nümunəvi addımları ilə rəhbərlik etdikləri rayonlarda, idarə, təşkilat və müəssisələrdə məmur-vətəndaş münasibətlərinin inkişafına töhfə verməyə çalışmalıdırlar.
Anar Salehoğlu,
İctimai-siyasi fəal





Yazı axını
22 / 03 / 2025
21 / 03 / 2025
21 / 03 / 2025
20 / 03 / 2025
19 / 03 / 2025
18 / 03 / 2025
15 / 03 / 2025
15 / 03 / 2025
14 / 03 / 2025
14 / 03 / 2025
13 / 03 / 2025
11 / 03 / 2025
10 / 03 / 2025
10 / 03 / 2025
09 / 03 / 2025
08 / 03 / 2025
07 / 03 / 2025
06 / 03 / 2025
05 / 03 / 2025
04 / 03 / 2025
Ən çox oxunanlar
15-03-2025 17:51
