Reklam
Bu ərazilər Azərbaycana verilməlidir, gecikir – Sərkisyan
23-04-2025 09:37

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində baş tutacağı rəsmən açıqlanıb.
Dalidag.az xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan məlumat yayıb.
“Bu ərazi İncəsi (Noyemberyan) icmasının Koxb və Qaraça (Berdavan) kəndləri ilə həmsərhəddir. Tavuş sərhəd zonasında xidmət edən hərbçilər anonimlik şərti ilə bildiriblər ki, bu ərazidə delimitasiyaya aprelin 15-də başlanmalı idi. Hərbçilərin sözlərinə görə, delimitasiya ləngiyir, çünki bu, ərazilərin Azərbaycana verilməsi ilə nəticələnəcək, erməni mövqeləri arxaya çəkiləcək, ancaq yeni mövqelər hazırlanmayıb və təchiz edilməyib.
Sərhədçilər bildiriblər ki, delimitasiyanın yeni mərhələsi nəticəsində sərhəd xətti yaşayış məntəqələrimizə yaxınlaşacaq ki, bu da kəndlilərin torpaq əkib-becərməsini və mal-qara yetişdirməsini çətinləşdirəcək”, - Sərkisyan qeyd edib.
Qeyd edək ki, bundan öncə də ərazidə minatəmizləmə işlərinin aparıldığı və Azərbaycana məxsus anklav kəndlərin qaytarılacağı haqda məlumat yayılmışdı.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 23-04-2025 09:37
Baxış sayı: 3193Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























