Reklam
Minatəmizləmə işi bitdi: Ermənistan bu kəndin qaytarılmasına hazırlaşır
23-04-2025 11:20
Dalidag.az xəbər verir ki, Voskepar (Əskipara) sakini Mihran Maxsudyan Ermənistan mediasına açıqlamasında minatəmizləmə işlərinin başa çatdığını bildirib.
Lakin o, heç bir erməni məmurun kəndə gəlib sakinlərlə görüşmədiyini deyib.
“Ola bilsin ki, hakimiyyət sərhədin müəyyənləşdirilməsi ilə bağlı sakinlərin əhval-ruhiyyəsini yoxlamağa, əvvəlki demarkasiyaya qarşı çıxanları nəzarətə götürməyə, prosesin ictimai rəydə qəbul edilməsinə nail olmağa hazırlaşır. Minatəmizləmə işi bitib, amma hələ proses başlamayıb”, - o deyib.
Kirant kəndinin sakini Andranik Nazaryan da bildirir ki, onların kəndində də hələ sakitlikdir, amma hər kəs prosesin tezliklə başlayacağını gözləyir.
Tavuş vilayətinin sakini Karen Qazaryan daha öncə erməni KİV-lərinə açıqlamasında bildirmişdi ki, demarkasiya prosesində Yuxarı Əskipara (Qazaxın anklav olan üç kəndindən biri) kəndinin Azərbaycana qaytarılması planlaşdırılır. Ermənilər bildirir ki, bu baş verərsə, Voskepar kəndi və Lori bölgəsinin yuxarı hissəsi sərhəd olacaq, eyni zamanda, Açarkut kəndi üç tərəfdən sərhəd bölgəsinə çevriləcək.publika.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 23-04-2025 11:20
Baxış sayı: 3151Yazı axını
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























