“Azərbaycan Silahlı Qüvvələri erməni rahiblərinin Dadivanka girişini qadağan edib”. Dalidag.az xəbər verir ki, erməni mediasının məlumatına görə, bu sözləri Müqəddəs Eçmiədzinin rahibi Vaqram Melikyan bildirib. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri 25 apreldə zəvvarların Dadivanka girməsinə qadağa qoyub: “Bəli, məlumatınız doğrudur. Aprelin 25-də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri epidemiya bəhanəsi ilə Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyasının Baş yepiskopu Parqev

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozulmaqla Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlayıb. Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, qeyd olunan cinayətlərin gedişində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində hərbi təcavüz

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayon Seyidlər kənd sakini, Vətən Müharibəsində itkin düşmüş əsgər Eldəniz Rabil oğlu Verdiyev ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmış və ailə üzvlərinə səbr diləmişdir. Dalidag.az -ın məlumatına görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Müzəffər ordunun qalib sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayan 44 gün ərzində

Türkiyə ilə Azərbaycanın işğaldan azad edilən Qarabağın bərpasında birlikdə iştirak edəcəyi gözlənilirdi. İki ölkə arasında bu istiqamətdə bu günə qədər bir yox, bir neçə saziş imzalanıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında energetika və mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişin qüvvəyə minməsi xüsusilə bu sahədə ixtisaslaşmış Ankaranın bərpa prosesində daha aktiv rol oynamasına şərait yaradacaq. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a ekspert Natiq Cəfərli

Uzun illər işlədiyim “Yenilik”qəzeti mənim həyatımda silinməz izlər buraxmışdır.Kəlbəcərin çal- çağırlı illərində “Yenilik” qəzeti rayonun ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynayırdı. Heç kəsə sirr deyil ki, uzunömürlülər diyarı kimi tanınan dağlar diyarı Kəlbəcərdə ədəbi mühit də yüksək səviyyədə inkişaf etmişdi. Dədə Şəmşir, Bəhmən Vətənoğlu, Sücaət, Şamil Əsgərov, İdris Verdiyev, Aşıq Allahverdi Qəmkeş, Əli Başlıbelli, Əyyub və Yaqub Cabbarovlar, Mirsəyyaf Zamanlı və bir sıra başqa

Aprelin 18-i Başlıbel faciəsindən 28 il ötüb. 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər

Tanrı Azərbaycan adlı məmləkəti minbir möcüzə, könül ovsunlayan, göz oxşayan gözəlliklər, var içində yaratdı. Heç nəyi əsirgəmədi yaradan, atəşini günəşdən alan Vətənimizdən. Elə bu cür yaranması da başına bəla oldu. Əsrlərlə üzərindən yağı həmlələri əskik olmadı, gözəlliyi qısqandırdı, gözügötürmədi yadellilərin. Qonşusu bədnam oldu, dost görünüb düşməncə davrandı, torpaqlarına sahiblənmək istədi. Bu düşmən hər dəfə bağışlandıqca, daha da quduzlaşdı. Faciələr, soyqırımlar, qırğınlar törətdi...

2015-ci il idi, ustad Yusif Hüseynlə dərdləşirdik, onda Xəqani Həbiboğlu haqqında mənə ağız dolusu danışır, şeirlərindən misallar çəkirdi. Nə yalan deyim, şeirləri ilk baxışdan tamam fərqli təsir bağışlayırdı, yəni, şeirin mahiyyətin başa düşmək o qədər də asan deyildi. Yusif müəllimlə bir dərdləşməsi var idi ki, Yusif müəllim yazırdı: "Bir şair yaşayır Kür qırağında". Açığı diqqətimi çəkmişdi bu şair, çünki Yusif müəllim hələm-hələm şairi bəyənməzdi. Bir gün dedim ki, ustad, məni o şairlə

Dahilərin “Ədalət sonda zəfər calacaq!” deyimi heç də elə-belə deyilməyib. Bu gün yaşadıqlarımız bunu bir daha sübut etdi. Otuz ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın qırx dörd günlük Vətən Müharibəsində işğaldan azad edilməsi ədalətin sonda zəfər qazanmasına bariz nümunədir. Bu zəfərə aparan yol isə çox uzun bir yol oldu: Yarıtmaz AXC-Müsavat cütlüyünün məğlubiyyət yolu, hakimiyyət hərisliyindən başı gicəlləndiyi üçün rayonlarımızı bir-birinin ardınca düşmənə peşkəş edənlərin yolu,

Bu gün milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri, general-leytenant İsgəndər Həmidovun doğum günüdür. Yaşasaydı 73 yaşını qeyd edəcəkdi. Çətinliklərə baxmayaraq əqidəsindən, amalından dönməyən, ölənə qədər Vətən, azadlıq deyən istiqlal aşiqi İ.Həmidovun siyasi fəaliyyəti, keçdiyi yol çoxlarında qısqanclıq yaratdı. Düzlüyü, mərdliyi, dönməzliyi ona çoxlu düşmən qazandırsa da, düşünürəm ki, O sevənlərinin, əqidədaşlarının unutmayacağı şəxsiyyət olaraq
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024