Reklam
YAP Kəlbəcər Rayon Təşkilatının sədri şəhid Eşqin Tağıyevin ailəsini ziyarət edib - ŞƏKİLLƏR
15-03-2022 22:14
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatı tərəfindən başladılan "Zəfər Müjdəli Novruz" bayramı münasibəti ilə Göygöl rayon Üçtəpə qəsəbəsində Vətən müharibəsi Şəhidi Tağıyev Eşqinin ailəsini ziyarət edərək İlaxır Çərşənbəsini təbrik edib və onlara bayram sovqatları çatdırıb.Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi.
Həbib Misirov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqa ünvanlanan ənənəvi Novruz təbriklərinin birində demişdir ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.Şəhidin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Tağıyev Eşqin Asif oğlu 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.Eşqin bir çox döyüş əməlyyatlarının həyata keçməsində böyük şücaət göstərmişdir və verilən tapşırıqları uğurla yerinə yetirmişdir. Eşqin 30 oktyabr 2020 ci il tarixində Xocəvənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Tağıyev Eşqin Asif oğlu ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə” və “Cəbrayılın azad olunmasına görə”,"Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!
Dalidag.az




Kateqoriya: Kəlbəcər
Tarix: 15-03-2022 22:14
Baxış sayı: 3665Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















