Reklam

Bu gün İsgəndər Həmidovun vəfatından iki il ötür
26-02-2022 12:35

Dalidag.az xəbər verir ki, ötən ilin bu günü - 26.02.2020-ci il tarixdə sağalmaz yaramız olan Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edən xalqımız səhəri daha bir acı xəbərlə açdı. İsgəndər Həmidovun vəfatı xəbəri sevənlərini çox kədərləndirdi. Uzun müddət xəstə olmasına baxmayaraq, hər kəs sağalacağına ümidli idi. Ona görə də heç kim bu xəbərə inanmaq istəmirdi.
Qeyd edək ki, İ.Həmidov 2020-ci il yanvar ayının 24-dən koma vəziyyətinə düşmüş və süni tənəffüs aparatına qoşulmuşdu. O əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə, sonradan isə “Bakı City Hospital”a köçürülmüşdü.

İ. Həmidov Sulutəpə qəsəbəsində yerləşən Çiçək yaşayış sahəsinin qəbiristanlığında torpağa tapşırılıb. O, mərhum həyat yoldaşının məzarı yanında dəfn olunub.
Çox təəssüf ki, İsgəndər Boz Qurda uğrunda can verməyə hazır olduğu, mücadilələr apardığı müqəddəs yurdu Kəlbəcərə qovuşmaq nəsib olmadı.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Dalidag.az



Yazı axını
25 / 02 / 2025
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
