Reklam
Şəhid polkovnik-leytenant Zaur Cəfərovun anım günü keçirildi - ŞƏKİLLƏR
07-03-2022 17:18
Kəlbəcər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Zaur Cəfərovun anım günü keçirildi.Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Başçısının birinci müavini Eldəniz Mehdiyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və doğmaları iştirak etdilər.
Çıxış edənlər Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdılar və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdilər. Həmçinin şəhidin keçdiyi qəhramanlıq yolu barədə ətraflı məlumat verildi.
Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Polkovnik-leytenant Zaur Cəfərov 1980-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır.Polkovnik-leytenant Zaur Cəfərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirimişdir. Şərəfli hərb yolu keçən Zaur Cəfərov Azərbaycan Ordusunda Qərargah rəisi vəzifəsinə qədər yüksəlmişdir. Zaur Cəfərov həmçinin, aprel döyüşlərinində iştirakçısı olmuşdur.
Polkovnik-leytenant Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olmuşdur.
Zaur Cəfərov II Şəhidlər Xiyabanında dəfn edilibdir.Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan bayrağı" "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
Ailəli idi. 3 azyaşlı övladı var.
Allah rəhmət eləsin!
Dalidag.az










Kateqoriya: Kəlbəcər
Tarix: 07-03-2022 17:18
Baxış sayı: 3825Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















