Reklam

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun anım mərasimi keçirilib
05-03-2022 19:22

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun doğum günü ilə bağlı anım mərasimi keçirilib.
Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin müəllim və şagirdləri şəhidin xatirəsini ehtiramla yad edib, doğum günü ilə əlaqədar məzarını ziyarət edilib və məzarı üzərinə gül dəstələri qoyublar.
Məktəbin direktoru Həqiqət Məmişova şəhidimiz haqqında məlumat verərək doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın xatirəsinin həmişə əziz olduğunu bildirib.
Qeyd edək ki, polkovnik-leytenant Cəfərov Zaur Hüseyn oğlu 04.03.1980-ci ildə Kəlbəcər rayonu, Başlıbel kəndində anadan olub. İbtidai təhsilinə 1986-ci il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlayıb. 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçüb. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurub. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil alıb.
Polkovnik-leytenant Zaur Cəfərov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 09.10.2020-ci ildə Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. 3 övladı Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Dalidag.az






Yazı axını
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24

01-08-2025 13:57
