İlqar Rəsul Dalidsg.az Sevinc Qəribin təqdimatında İlqar Rəsulun hekayəsini təqdim edir: TƏNHALIQ QORXUSU Yerlə göyün arasında − günəşin altında, tənha qovaq ağacının üstündə bir leylək can verirdi. Günəşin istisi, acından civildəşərək vurnuxan balalar və ağacın dibində yerini rahatlayıb mürgüləyən təkgöz tülkü ölüm anını daha da cansıxıcı edirdi... Onlar bu ağacın üstündə cütləşmişdilər. Məhəbbətləri insanların sevgisi kimi müvəqqəti həvəslərdən və maddiyyata yönələn arzulardan əziyyət

Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür. Dalidag.az bildirir ki, anadan olmasının 189-cu ildönümü tamam olan Həsən bəy Zərdabi müsəlman Şərqində ilk milli mətbuatın, xeyriyyəçilik hərəkatının və milli teatrın əsasını qoyan, eyni zamanda ilk təbiətşünas alimlərdən biri kimi böyük ehtiramla yad edilir. 1837-ci il iyunun 28-də Zərdab kəndində dünyaya gələn Zərdabi ilk təhsilini mollaxanada alıb, daha sonra Tiflisdə orta təhsilini başa vurub.

Vüsal Hicran Dalidag.az Sevinc Qəribin təqdimatında Vüsal Hicranın şeirlərini təqdim edir: * * * Dərd çinar boydadır, dərman qələmə, Sən nələr çəkirsən, a yazı masam. Tənhalıq güc gələr, kağız, qələmə, Bu qəm dumanından ayazımasam. Axı nə yazmışam, bir-iki sətir, Sözü təzə-təzə hecalayıram. Yenə dərd göyərir, yenə qəm bitir, Sevinci kədərə ha calayıram. Həsrət sağ əlini günün birində Başıma gətirib, əlimə çəkib. Sevincdən yazdığım şeirlərin də Bir suyu elə bil ələmə çəkib. Yazmazdım ayrılıq

İradə Aytel Dalidag.az Sevinc Qəribin təqdimatında İradə Aytelin hekayəsini təqdim edir : DƏYİŞMƏYƏN ÜNVAN Tələsik halda metroya daxil oldum və nəqliyyat kartımı turniketə yaxınlaşdırdım. Balansımın bitdiyini görüncə pul yükləmə aparatına tərəf getdim. Aparatın qarşısında növbə var idi. Öndə ayaq üstündə güclə dayanan yaşlı bir adam kartına pul qoymağa çalışırdı. Arxadakılar qocanı tələsdirdikcə onun əlləri əsir, edəcəyi əməliyyatı qarışdırırdı. Qocanın arxasında dayanan gənc əsəbi şəkildə

“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir”. Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib. “Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə

Vasif Süleyman Dalidag.az Sevinc Qəribin təqdimatında Vasif Süleymanın şeirlərini təqdim edir: GƏLSİN Eşqin ayrılıqdan keçən yolu var, Keçimmi… ayrılıq havası gəlsin. Bu eşqə göylərdən fərman verilib, Tanrım, aç sirrini, mənası gəlsin. Bu ömrün sonudu - bu eşqin sonu, Əllərim alovun içində donur. Yerlərmi, göylərmi yaratmış onu, İnsan yaradıbsa... anası gəlsin. Gecə gördüyümü danışdım suya, Gözümə gəlməkdən usandı röya. Yandıra-yandıra gəlib dünyaya, Varmı məndən gözəl yanası... HƏR GECƏ BİR

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Laçın şəhərində hərbçilərin yürüşü keçirilib. Dalidag.az xəbər verir ki, hərbi yürüş Laçın şəhər mərkəzində yerləşən Bayraq meydanından başlayıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş edib. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyiblər. Dalidag.az

Günel Natiq Dalidag.az Sevinc Qəribin təqdimatında Günel Natiqin hekayəsini təqdim edir: ON İKİ YOLÇU "Tarixdə bir gün: Vətən müharibəsinin 3-cü günündə Naxçıvandan Qarabağa on iki nəfərlik bir qrup yola düşdü. Bu günü çoxdan gözləyirdilər. Vətən də onları..." - "Şuşanın dağları, başı dumanlı..." - gizir Əlövsət asta səslə zümzümə etdi. - Görəsən, indi də o dağlarda duman gəzir? - Şuşanın dağları çox vaxt dumanlı olur, - mayor Danyeri dilləndi. - Çünki o dağlar dumanı özünə saxlayır...

Nüşabə Məmmədli 1981-ci ildir. Şəhərin adı Kirovabaddır. Ancaq şəhərin qərb tərəfində salınan qəsəbənin adı "Yeni Kirovabad" yox, "Yeni Gəncə" olur. Bilirsiniz, bu nə demək idi? Bu, keçmişdəki Gəncəyə sayğı, gələcəkdə Gəncə adının qaytarılması üçün ilk şüuraltı gediş sayıla bilərdi. Yəni "Gəncə" adının xalqın qəlbində yaşadığını sakit şəkildə, ikinci planda olsa da, vurğulamaq demək idi. 1981-ci ildə: Gəncədə birinci katib: Həsən Həsənov! Mərkəzi Komitənin birinci katibi: Heydər Əliyev! Gəncə

Xankəndi şəhərində 26 İyun– Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hərbi yürüş təşkil olunub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş, Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib. Hərbi yürüş
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 07 / 2026