ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən İranın Paravar Pars şirkətində rəhbər vəzifələrdə çalışan səkkiz İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Dalidag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. “İran pilotsuz təyyarələri Ukraynaya qarşı amansız və əsassız müharibədə istifadə etmək üçün Rusiyaya təhvil verir... Birləşmiş Ştatlar bu ötürülmələri pozmaq, gecikdirmək və bu fəaliyyətlərdə

Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atışdan qabaq şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə məşğələlər keçirilib. Atışın şərtləri ilə tanış olduqdan sonra müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular təlim sahələrində silahların döyüşə hazır

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Şəmkir şəhəri, Peşə Liseyinin yataqxanasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri və həmin ərazidə müvəqqəti

Xankəndidəki separatçı rejimdə “daxili siyasi” böhran dərinləşir. Son zamanlar Qarabağ və hətta Ermənistanda müxtəlif dairələrin hədəfində olan separatçıların lideri Araik Arutyunyan əks-hücum əməliyyatına başlayır. Arutyunyan daha dözə bilmir. O, rəqiblərinin əsl motivlərini açaraq, anti-təbliğatın səbəbini üzə çıxarmağa çalışır. Dalidag.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Xankəndidəki “milli təhlükəsizlik xidməti” sosial şəbəkələrdə saxta səhifələrdən dezinformasiya

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli dörd gündür davam edir. Dalidag.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri

Zərraf Şirinov "Qasıq yırtığı" monoqrafiyası işıq üzü görüb. Dalidag.az xəbər verir ki, bu barədə monoqrafiyanın həmmüəllifi, tanınmış həkim-cərrah, professor Zərraf Şirinov məlumat verib. Kitabın digər müəllifi həkim Namizəd Xankişiyevdir. Namizəd Xankişiyev Moniqrafiya hər iki müəllifin uzun illər birlikdə apardığı elmi araşdırmaların nəticəsidir. 224 səhifəlik kitab "Adiloğlu" nəşriyyatı tərəfindən rəngli şəkillərlə nəfis çap olunub. Monoqrafiyadan gənc elmi araşdırmacılar, cərrahiyyə

Cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirlib ki, çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir. Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə

Düşüncə elə dəyişməlidir ki, universitet müəllim və tələbələrin mexaniki cəminə yox, bütöv canlı orqanizmə çevrilsin Milli Məclisdə "Ali təhsil haqqında" Qanun layihəsinin müzakirəsi gözlənilir. Hesab edirəm ki, qanun layihəsində bəzi məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Təhsildə problem və qüsurlar o qədər çoxdur ki, onların kölgəsində əldə olunan uğurlar belə dqqəti cəlb etmir. Düşüncəmə görə, bu problemlərin yaranmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb bundan

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Laçın rayonunun Zabux və Sus kəndləri icmalarının nümayəndələri ilə görüş keçirib. Görüş iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbənin məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratdığını bir daha dərin minnətdarlıq hissi ilə vurğulayıblar. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının 20

Fevral 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində "Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub. Dalidag.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovdan məlumat verilib. Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu
Yazı axını