Reklam
ABŞ İran şirkətinin səkkiz rəhbərinə sanksiya tətbiq edib
04-02-2023 13:11

ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən İranın Paravar Pars şirkətində rəhbər vəzifələrdə çalışan səkkiz İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Dalidag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“İran pilotsuz təyyarələri Ukraynaya qarşı amansız və əsassız müharibədə istifadə etmək üçün Rusiyaya təhvil verir... Birləşmiş Ştatlar bu ötürülmələri pozmaq, gecikdirmək və bu fəaliyyətlərdə iştirak edən qurumlara xərclər qoymaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edəcək",- məlumatda bildirilir.
ABŞ Dövlət Departamentinin bəyanatında həmçinin deyilir ki, İranın “İRİS Makran” və “İRİS Dena” gəmilərinə qarşı da “İran hökumətinin maraq göstərdiyi mülk kimi” sanksiyalar tətbiq edilir.
Sevinc
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-02-2023 13:11
Baxış sayı: 3231Yazı axını
08 / 09 / 2026
07 / 09 / 2026
07 / 09 / 2026
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
Ən çox oxunanlar




























