Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə

Şəhid Orxan Əsgərovun Tehran hava limanında yola salınması zamanı diqqətçəkən mənzərə yaşanıb. Belə ki, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlıları bu şərəfli missiyanı üzərinə götürərək İran hərbçilərinin tabutu təyyarəyədək daşımasına icazə verməyiblər. “Yarasa” səfirlik əməkdaşlarının və Orxan Əsgərovun cənazəsinin Azərbaycana təxliyyəsinin təşkilinə cavabdeh olub. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan

Aqil Əsədov Zaman: 18 may 2022-ci il Məkan: Bakı şəhəri Bir yaz axşamı günəş batar-batmaz mobil telefonuma zəng gəldi. Ədalətin sevinci, həyəcanı səsindən duyulurdu: “Muştuluğumu ver, Aqil doktorluq işinin müdafiəsini başa vurdu! Elə indicə yekunlaşdı, hələ İqtisad Universitetindəyik, İçərişəhərdə...” Çoxdan gözlədiyimiz bu xəbərin sevincini yaşamaq özü bir xoşbəxtlikdir. Ani, ötəri hisslər olsa belə! Telefonda hər ikimizin sevinci bir-birinə qarışmışdı. Hətta ilk cümlədən sonra nə deməsinin

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib. Dalidag.az xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir. Şəhidin evinin qarşısında fəxri qarovul düzülüb. Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılacaq. Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Dalidag.az xəbər verir ki, ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora

İranın İsfahan şəhərində güclü partlayış səsləri eşidilib. Dalidag.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, partlayış Müdafiə Nazirliyinə məxsus zavodda baş verib. Səbəbin dron hücumu olduğu iddia edilib. Qeyd olunub ki, ötən gün axşam saatlarında İran Müdafiə Nazirliyinin İsfahandakı sursat anbarına PUA-larla hücum olub. İRNA xəbər verir ki, pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub,

Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterin erməni terrorçuları tərəfindən vurulmasından 31 il ötür. Dalidag.az xatırladır ki, hadisə 1992-ci il yanvarın 28-də Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verib. Helikopterin Xankəndi istiqamətindən qumbaraatanla vurulması nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub. Qeyd edək ki, bu, həmin dövrdə ermənilərin Azərbaycana məxsus "Mİ-8" helikopterini vurması ilə bağlı ikinci hadisə

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub. Dalidag.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib. Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər: “Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım cəkib”. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 48 gündür, davam edir. Dalidag.az xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə edilir.

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin adı açıqlanıb. Dalidag.az xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, o, İran vətəndaşı Yasin Hüseynzadədir. Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024