Şuşadakı erməni terrorundan 31 il ötür
28-01-2023 11:32

Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterin erməni terrorçuları tərəfindən vurulmasından 31 il ötür.
Dalidag.az xatırladır ki, hadisə 1992-ci il yanvarın 28-də Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verib.
Helikopterin Xankəndi istiqamətindən qumbaraatanla vurulması nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub.
Qeyd edək ki, bu, həmin dövrdə ermənilərin Azərbaycana məxsus "Mİ-8" helikopterini vurması ilə bağlı ikinci hadisə olub. Bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterinin atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə hadisə nəticəsində 22 nəfər həlak olub.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 28-01-2023 11:32
Baxış sayı: 4287Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















