Dalidag.az olaraq, ictimai fəal Rövşən Hüseynovun çağırışına səs verir və ictimailəşdirilməsini rica etdiyi bu məsələni səhifəmizdə işıqlandırırıq. Tanrı körpə balamıza kömək olsun! Vətən oğlunu tək qoymayaq! Bu paylaşım çıxılmaz durumda, çətin vəziyyətdə olan Azərbaycanımızın igid qəhraman oğullarından biri, 44 günlük vətən savaşı qəhramanı, xüsusi təyinatlı dəstənin mənsubu hərbçi qardaşımız, polkovnik-leytenant Bayram Qurbanovun övladı haqqındadır. İki ilə yaxındır qardaş Türkiyədə müalicə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Musayev Vüsal Eldar oğlunun ildönümündə iştirak edib. Dalidag.az -ın məlumatına görə, şəhidin ildönümü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Hüquq mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasimdə

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. Dalidag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarə olunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar

Çingiz Mehdiyev Tanrı gözəlliyi, əsrarəngiz təbiəti əsirgəmədiyi torpağın insanlarını da gözəl yaratdı. Ya da insanlar o möcüzə yurdun iqliminə, təbiətinə, könül oxşayan mənzərəsinə uyğunlaşıb gözəl insan olmaq şansı qazandılar... Bulaqların suyu kimi saf, dağlar kimi vüqarlı, mehriban və doğmalıq hissi aşılayan Kəlbəcər eli də Tanrının bir möcüzəsi oldu. Saz-söz sənətinin daha geniş yayıldığı bu yurdda kimlər yetişmədi ki... Çingiz müəllim də Kəlbəcərin yetişdirdiyi mərd, əqidəli,

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi yeddi gündür davam edir. Dalidag.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplaşınış yerində gecə boyu da heç bir
Yazı axını