Reklam
Eldən gedən oğul - Çingiz Mehdixanın doğum günüdür
07-01-2023 11:35
Çingiz Mehdiyev
Tanrı gözəlliyi, əsrarəngiz təbiəti əsirgəmədiyi torpağın insanlarını da gözəl yaratdı. Ya da insanlar o möcüzə yurdun iqliminə, təbiətinə, könül oxşayan mənzərəsinə uyğunlaşıb gözəl insan olmaq şansı qazandılar... Bulaqların suyu kimi saf, dağlar kimi vüqarlı, mehriban və doğmalıq hissi aşılayan Kəlbəcər eli də Tanrının bir möcüzəsi oldu. Saz-söz sənətinin daha geniş yayıldığı bu yurdda kimlər yetişmədi ki...
Çingiz müəllim də Kəlbəcərin yetişdirdiyi mərd, əqidəli, elinə-obasına, yurduna bağlı insanlardandı. O da elin dar günündə insanların köməyinə yetən, haqqı müdafiə edən, hüquqların tapdanmasına yol verməyən bir vətən oğlu idi. İxtisasından irəli gələn müdafiə missiyası həm də xarakterinin yansıdığı bir xüsusiyyət idi. Vicdanın aşıladığı, insanlığın təlqin etdiyi dürüstlük yolu tutmuşdu Çingiz Mehdiyev.
Təkcə doğulduğu kənddə deyil, ətraf kəndlərdə, eləcə də işğal səbəbindən sonralar məskunlaşdığı Yevlax rayonunda, Bakı şəhərində də yetərincə hörmət qazanmışdı. Hamı tərəfindən sevilirdi. Atalıq missiyasını layiqincə yerinə yetirmişdi, övladlarına gözəl ata idi. Ailə başçısı kimi dəyərlərə diqqət yetirən, mənəvi zənginliklərə dolu bir insan idi Çingiz Mehdyev. Nəvələrinin sevimli babası, qohum-əqrəbanın ərk yeri, hörmət etdiyi, çox istədiyi qardaş, əmi, dayı və.s idi.
Dostlarının da dağ kimi arxalandığı dost idi. Sadiqliyi, dürüstlüyü, mehribanlığı, ən əsas da əqidəsi, bütöv adam xarakteri onu hər kəsə sevdirmişdi.
Ürəyi yurd həsrəti ilə göynəyirdi. 28 il Kəlbəcərə dönmək arzusuyla yaşayan Çingiz müəllim nə yazıq ki, arzusuna çatmadı. Ömür boyu haqqı müdafiə etdi, ancaq özü haqqı olan torpağına qovuşmadı. Neçə-neçə yurddaşımız kimi Çingiz müəllim də torpaq dərdi ilə nisgilli köçdü bu dünyadan. Yurdunun azadlıq xəbərini eşitmək belə qismət olmadı.
Şeirə, sözə bağlı idi. Sinədəftər də demək olar ona. Klassiklərin, Kəlbəcər şairlərinin şeirlərindən bolluca köçürmüşdü yaddaş boğçasına. Əzbərlə yanaşı, bədahətən şeir söyləmək qabiliyyəti də vardı. Çingiz Mehdixan imzası ilə şeirlər yazırdı.
Elə adamlar var ki, onların ölümü bir evin deyil, bir elin dərdinə çevrilir. Çünki o adamlar eldən gedir. Çingiz müəllim də eldən getdi. Yaşasaydı bu gün növbəti doğum gününü - 66 yaşını qeyd edəcəkdi. Təəssüf ki, amansız ölüm iki il əvvəl oktyabrın 29-u onu əlimizdən aldı. Çingiz Mehdixan fiziki (bioloji) ömrünü başa vursa da ruhuyla, sözü və əməlləri ilə onu tanıyanların, sevənlərin yaddaşında, qəlbində həmişə yaşayacaq. Ruhu şad, məkanı cənnət olsun!
Qeyd edək ki, Çingiz(Mehdixan) Misir oğlu Mehdiyev 07 yanvar 1957-ci ildə Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirdikdən sonra tarix-hüquq fakültəsi üzrə Daşkənddə ali təhsil alıb.
Əmək fəaliyyətinə Kəlbəcər rayon məhkəməsində katib kimi başlayıb. Kəlbəcərin işğalından sonra hər kəs kimi o da yurdundan-yuvasından didərgin düşmək məcburiyyətində qalıb. Əvvəl Yevlaxda, sonra Bakıda məskunlaşıb. Bu müddət ərzində vəkil kimi fəaliyyət göstərib. Müəyyən zaman kəsiyində əmək yolu bankdan keçsə də, əsasən ixtisası üzrə çalışıb, vəkil olaraq xalqa xidmət edib.
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 07-01-2023 11:35
Baxış sayı: 3576
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02