Vətən oğlunu darda qoymayaq! - Hərbçimizin övladını yaşadaq!

07-01-2023 19:45

Dalidag.az olaraq, ictimai fəal Rövşən Hüseynovun çağırışına səs verir və ictimailəşdirilməsini rica etdiyi bu məsələni səhifəmizdə işıqlandırırıq. Tanrı körpə balamıza kömək olsun! Vətən oğlunu tək qoymayaq!

Bu paylaşım çıxılmaz durumda, çətin vəziyyətdə olan Azərbaycanımızın igid qəhraman oğullarından biri, 44 günlük vətən savaşı qəhramanı, xüsusi təyinatlı dəstənin mənsubu hərbçi qardaşımız, polkovnik-leytenant Bayram Qurbanovun  övladı haqqındadır. İki ilə yaxındır qardaş Türkiyədə müalicə alan 07.01.2014-cü il təvəllüdlü körpə balamıza, gələcəyin əsgəri olacaq  Vahid Bayram oğlu Qurbanlıya  dəstək olmağınızı hər birinizdən xahiş edirəm. Vətənin dar günündə əldə silah vətənimizi qoruyan igidimizin övladının, çətin durumuna dəstək olaq, köməyimizi əsirgəməyək. Bayram Qurbanovun müraciətini olduğu kimi sizinlə paylaşıram!
"Hörmətli dostlar, Əziz Xalqımız, ilk öncə hər kəsə ailəmiz adından təşəkkür edirəm, bu zamana qədər övladım Vahid Qurbanlının müalicəsinə verdiyiniz dəstəyə görə. İndi də yazmağa, paylaşmağa görə nə qədər utanc hissi keçirdiyimi Uca Allah bilir, ama məcburam buna. Oğlum Vahidin müalicələri yaxşı gedirdi amma 2022-ci ilin avqust ayından etibarən böyrəkləri pozuldu, bu vaxta qədər müalicəsi davam etdi, aparılan müayinələr və yoxlamalardan aşakar olundu ki, sümük iliyi də çalışmır, diaqnoz "Aplastik anemiya" (Sümük iliyinin işləməməsi) oldu. Hazırda ilik köçürülməsi olmalıdır. Bu da çox baha bir prosesdir. Bu müalicələr başlayandan 1 il yarımdan çoxdur uşaq İstanbuldadır, artıq nə maddi nə də mənəvi gücümüz qalıb. Yenə də Xalqımıza üzümü tutub xahiş edirəm maddi köməklik edin, dualarınızı əsirgəməyin bu prosesi də Uca Allahın izni ilə sağ-salamat keçək. İnanıram ki, Xalqımız hər zaman bir olduğu kimi yenə də bir olacaq. Bu bir ata kimi çarəsizliyimin səsidir. Uca Tanrı heç kimsəni çarəsiz etməsin, əsasən də övladı qarşısında. Atadan, anadan və bacıdan uyğun olduqda ilik köçürmənin qiyməti 68000 dollar, kənardan donor axtarışla tapılarsa 83000 dollardır. Dəstək olan hər kəsə, öncədən öz təşəkkürümü bildirirəm. 
Hörmətlə Polkovnik-leytenant Bayram Qurbanov
Əlaqə saxlamaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz. 
Tel: (votsap) +994 50 396 85 39"

Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 07-01-2023 19:45
Baxış sayı: 3384
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını