Reklam
Arutyunyan “əks-hücum əməliyyatına” başlayır
03-02-2023 13:48
Xankəndidəki separatçı rejimdə “daxili siyasi” böhran dərinləşir. Son zamanlar Qarabağ və hətta Ermənistanda müxtəlif dairələrin hədəfində olan separatçıların lideri Araik Arutyunyan əks-hücum əməliyyatına başlayır. Arutyunyan daha dözə bilmir. O, rəqiblərinin əsl motivlərini açaraq, anti-təbliğatın səbəbini üzə çıxarmağa çalışır.Dalidag.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Xankəndidəki “milli təhlükəsizlik xidməti” sosial şəbəkələrdə saxta səhifələrdən dezinformasiya yayan məmurların olduğu barədə xəbərdarlıq yayıb. “Artur Baghdasarya” ləqəbi ilə vaxtaşırı məmurlar tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı bəyanatlar yayan səhifə saxtadır. Bəzi məlumatlara görə, bu məmur “təhlükəsizlik şurasının” əməkdaşı, “idarə rəhbərlərindən” biridir. Bildiyiniz kimi, bu yaxınlara qədər “təhlükəsizlik şurasına” hazırda “prezidentin müşaviri” təyin olunan Vitali Balasanyan rəhbərlik edirdi. Bu isə o deməkdir ki, ifşa olunmuş məmurun Vitali Balasanyanla əlaqəsi ola bilər”, - məlumatda deyilir.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 03-02-2023 13:48
Baxış sayı: 3217Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























