Dünəndən etibarən 201 nəfər vətəndaşımız, aralarında 3-4 nəfər Türkiyə vətəndaşı olmaqla təxliyyə olunub Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. "Təxliyyə olunanlar avtobuslarla Gürcüstan sərhəddinə yola düşüblər. Təxliyyə olunanlar əsasən Qaziantep, Malatya, Adana, Diyarbəkir, Kahramanmaraş, Elazığ bölgələrindən olan azərbaycanlılardır. Bu istiqamətdə tədbirlər davam etdirilir. Bu gün ərzində hansı təxliyyələr həyata keçiriləcəyi ümumiyyətlə siyahıya almadan asılıdır ", - deyə

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən növbəti vətəndaş qəbulu həyata keçirilib. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Kəlbəcər rayonunda yerləşən bölmələrin döyüş hazırlığının yoxlanılması üçün mediatur təşkil edilib. Dalidag.az xəbər verir ki, jurnalistlər Murovdağ silsiləsinin 3 260 metr hündürlüyündə olan Ömər aşırımından keçərək Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində və rayon ərazisində yerləşən hərbi hissədə olublar. Səfər çərçivəsində KİV nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər. Media

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, yağıntılı keçəcəyi, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Dalidag.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik

Sağlamlığımızı etibar etdiyimiz bəzi pulgirlər sanki insan alveri ilə məşğuldurlar Ana! Bu sözün arxasında bütün bir bəşəriyyət gəlir göz önünə! Görəsən bəşər övladının analarını layiq olduğu səviyyədə sevə, qoruya bilirikmi! Bu yazını oxuduqdan sonra suala cavabı da özünüz tapacaqsınız... Bu məqaləni həm də rəsmi qurumların rəhbərlərinin, eləcə də medianın nəzərinə ayrıca çatdırmaq üçün qələmə aldım. Çünki bir jurnalist olaraq mənim də borcum bu idi. Xatırladım ki, hər bir qələm adamının borcu

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Dalidag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir. Türkiyədəki zəlzələdə

Kler Fransisk, britaniyalı səyyah “Mən Böyük Britaniyadanam. Həqiqətən Azərbaycanı sevirəm və ikinci dəfədir ki, Azərbaycana səfər etmişəm”. Dalidag.az -ın apa-ya istinadla xəbərinə görə, bunu Kəlbəcərə səfər edən və İstisuda olan səyyah Kler Fransisk bildirib. Kler Fransisk Qarabağda və Şərqi Zəngəzurda isə ilk dəfə olduğunu və gözəlliklərinə valeh qaldığını söyləyib: “İstisunu gördüm, çox gözəl mənzərədir. Çox maraqlıdır, burda vanna qəbul etmək istərdim”.

Namiq Dəlidağlı Bir payız günündə Kəlbəcərdə dünyaya gələn, doğulduğu torpağın havasına, suyuna aşiq olan Namiq Dəlidağlının həyat hekayəsidir “Əllidən ələnənlər”… Şair, duyğularını, zaman-zaman yaşadığı anları – anıları, hisslərini, sevincini, kədərini, sevgisini, həsrətini, acılarını qəlbində, bütün hücrələrində daşıyaraq zamanı gəldikcə sözlərə çevirmiş, qəlbə işləyən, həssas, kövrək şeir nümunələri ortaya qoymuşdur. Şeirlərini dünyaya gətirmək üçün şair öz təbi ilə, hissləri ilə tənhalığa,

İşğaldan azad edilmiş ərazilərimizdə səfərdə olan beynəlxalq səyyahlar səyyahlar qrupu fevralın 5-də Kəlbəcərə gəlib, rayonun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar. Dalidag.az xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib. Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya,

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli altı gündür davam edir. Dalidag.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri
Yazı axını