Türkiyədə dəhşətli zəlzələ nəticəsində çoxsaylı dağıntıların və insan tələfatının olması, on minlərlə ailənin evsiz-eşiksiz və maddi təminatsız qalması uzun illərdir məcburi köçkünlükdən əziyyət çəkən həmvətənlərimizi də dərindən kədərləndirib. Onlar da türkiyəli qardaş və bacılarımıza yardım göstərmək məqsədilə ölkəmizdə aparılan yardım kampaniyasına qoşulublar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumata görə, respublikanın müxtəlif

Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunun Malıbəyli və Quşçular kənlərində törətdiyi qətliamın ildönümüdür. 31 il əvvəl - 1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərini işğal edib, qətliam törədib. Qarabağda müharibə başlayandan erməni silahlılarının daim hücumlarına məruz qalan Malıbəyli və Quşçular kəndlərinin əhalisi mühasirə şəraitində düşmənə layiqli müqavimət göstərib. Hər tərəfdən ermənilərin sıx məskunlaşdığı

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış iki gündür davam edir. Dalidag.az xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan
Yazı axını