Kəlbəcərdə tikinti-bərpa işləri zamanı bədbəxt hadisə baş verib. Dalidag.az xəbər verir ki, hadisə Toğana-Kəlbəcər tunelində qeydə alınıb. Tuneldə daş qopması nəticəsində bir nəfər fəhlə həlak olub. Bədbəxt hadisə qurbanının 1968-ci il təvəllüdlü Osman Kaya adlı Türkiyə vətəndaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 69 gündür davam edir. Dalidag.az xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət

Fevralın 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Dalidag.az bildirir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.Mərasimdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənc əsgərlər təntənəli
Yazı axını