Azərbaycanlı məcburi köçkünlərdən türkiyəli köçkünlərə dəstək
11-02-2023 15:45

Türkiyədə dəhşətli zəlzələ nəticəsində çoxsaylı dağıntıların və insan tələfatının olması, on minlərlə ailənin evsiz-eşiksiz və maddi təminatsız qalması uzun illərdir məcburi köçkünlükdən əziyyət çəkən həmvətənlərimizi də dərindən kədərləndirib. Onlar da türkiyəli qardaş və bacılarımıza yardım göstərmək məqsədilə ölkəmizdə aparılan yardım kampaniyasına qoşulublar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az-a verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkün icmaları müstəqil şəkildə səfərbər olaraq bu kampaniyada iştirak edirlər. Zərərçəkənlərə göndərilməsi üçün yığılmış yorğan, döşək, digər müxtəlif yataq ləvazimatı və zəruri avadanlıqlar Bakı şəhərindəki Heydər Əliyev adına İdman Konsert Kompleksində yerləşən toplama məntəqəsinə təhvil verilib. Təbii fəlakətlər də məcburi köçkünlüyü yaradan əsas səbəblərdəndir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağda və Şərqi Zəngəzurda ata-baba yurdunu, minbir əziyyətlə tikdiyi evi, heç bir əşya götürmədən, tərk etməyə məcbur qalan azərbaycanlı məcburi köçkünlər Türkiyədə təbii fəlakətin yaratdığı məhrumiyyətləri yaxşı anlayır və bu hadisədən zərərçəkənlərə maddi dəstək göstərməyi öz mənəvi borcları hesab edirlər. Zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, əzizlərinə səbr diləyir, yaralılara tezliklə şəfa tapmağı arzulayırlar.
Səninləyik Türkiyə!
Dalidag.az






Kateqoriya: Sosium
Tarix: 11-02-2023 15:45
Baxış sayı: 3216Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















