"Ermənistanla sərhəddən 5 km aralıda İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Naxçıvanla əlaqəsini nəzərdə tutan dəhlizin qurulması barədə Azərbaycan və İran arasında imzalanan sənəd regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişir". Dalidag.az pravda.az-a istinadən xəbər verir ki, bunu deputat Musa Qasımlı bildirib. M.Qasımlı bildirib ki, Azərbaycan regionda əsas oyunçudur, oyun qurucudur: "Azərbaycan Naxçıvanla əlaqənun qurulmasında Ermənistana ehtiyac

BMT-in Ətraf Mühit Proqramının ekspertləri Qarabağa səfər ediblər. Dalidag.az-ın xəbərinə görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Tvitter”-də paylaşım edib. Qeyd olunub ki, səfər zamanı ekspertlərə bölgənin ekoloji vəziyyəti göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib. Dalidag.az

Yurd-yuvalarımızın yağı tərəfindən işğalı insanlarımızın ruhunu yaraladı, ömrünü qısaltdı, yaşamaq həvəslərini öldürdü. Həyatlarında aldıqları qəfil zərbə dərd oldu onlara, göynək ağrılara tab gətirmək məcburiyyətində qaldılar. Az-az adamlarımız oldu ki, bu ağrı-acıya dözüb müəyyən yaşa doldular. Bəlkə də nə vaxtsa yurda qovuşmaq ümidi, inam hissi güc verdi onlara. Alı baba Kəlbəcərsiz uzun ömür sürən həmin adamlardandı. Bu gün Kəlbəcərin Şahkərəm kındində doğulub-boya başa çatan, sonradan

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb. Şəxsi heyət və

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oktay Əfəndiyev Ukrayna ordusuna yardım edib. Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri Hikmət Cavadov öz “Facebook” səhifəsində məlumat verib. O qeyd edib ki, COVID-19-un yayılmasından bəri, iki ilə yaxın müddətdə Ukraynada yaşayan azərbaycanlıların aztəminatlı ailələrinə yardım edən Oktay Əfəndiyev hərbi təcavüzdən sonra Ukrayna ordusuna yardım fonduna 3 milyon qriven köçürüb: “Onun bu addımı

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən atəşkəsin pozulması ilə bağlı xəbərlər gəlməkdə davam edir. Azərbaycanın Müdafiə Nazirliyi həmin ərazilərdən ordumuzun mövqelərinə atəş açıldığını bildirib və adekvat cavab tədbiri kimi separatçılara dəqiq zərbələr endirdiyini elan edib. Sözügedən ərazilərdə baş verənlərin açıq hərbi qarşıdurmadan çox Azərbaycanın hibrid müharibə taktikasını özündə ehtiva etdiyi deyilir. Bundan başqa anti-terror əməliyyatlarının

Azərbaycan İranla Zəngəzur dəhlizinə alternativ yolun inşası üzərində anlaşdı: Ermənistan sərhədi ilə 5 kilometr məsafədən keçən yol Şərqi Zəngəzur rayonunu Naxçıvanla birləşdirəcək; bura avtomobil və dəmir yolu, eləcədə rabitə və enerji təminatı xətlərinin yaradılması daxildir. Bununla Azərbaycan birdən çox strateji gediş edir: Birincisi, bölgədə kommunikasiyanın açılması məsələsində Ermənistanın kartını əlindən alır: Zəngəzur dəhlizi təxirə düşmür, sadəcə İrəvanın prosesi uzatmasının qarşısı

Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz

İndiyədək Ukraynada müharibə zamanı həlak olan azərbaycanlıların adları açıqlanıb. Siyahıda 7 nəfərin adı var. Ukraynadakı hadisələr zamanı həlak olanlar aşağıdakılardır: 1. 1976-cı il təvəllüdlü İsmayılov Neymət; 2. 1966-cı il təvəllüdlü İsmayılov Rəhim; 3. 1995-ci il təvəllüdlü İsmayılov Qabil; 4. 1997-ci il təvəllüdlü Salmanov Camal. Yuxarıda qeyd olunanlar Odessa vilayətindən özləri təxliyə olunarkən Moldova sərhədinə yaxınlaşanda maşınları atəşə tutulub. 5. 1987-ci il təvəllüdlü Məmmədov

Zəfər Günü ilə bağlı ötən ilin noyabrında başlayan və dörd ay davam edən Amnistiya Aktının icrası başa çatıb. Dalidag.az xəbər verir ki, Ədliyyə Nazirliyində keçirilən brifinqdə bildirilib ki, akt ümumilikdə 15 450 nəfərə şamil edilib. Onlardan 735-i qadın, 45-i yetkinlik yaşına çatmayanlar olub. Amnistiyaya düşən şəxslər arasında 86 nəfər Vətən Müharibəsi iştirakçısı da var. Qeyd edək ki, müstəqillik dövründə Azərbaycanda 7 Amnistiya Aktı qəbul olunub və ümumilikdə 80 minə yaxın insana şamil
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024