Rəsmi İrəvan destruktiv addımları ilə Bakını məcbur edir ki, daha sərt tədbirlərə əl atsın. 10 noyabr üçtərəfli bəyanatından təxminən il yarım keçməsinə baxmayaraq Ermənistan bu müddət ərzində üzərinə götürdüyü öhdəliklərdən yayınmaq məqsədilə manipulyativ cəhdlərdən başqa heç nə etmir. Rusiya-Ukrayna cəbhəsindəki gərginlik fonunda rəsmi Bakı İrəvanı ipə-sapa yatırmaq üçün, oxları üzərinə döndərməmək məqsədilə daha düşünülmüş, güc faktorunun bir qədər arxa planda qalacağı gedişlər etməklə

Hazırda rus sülhməramlılarının nəzarətində olan Qarabağın bir sıra yollarında nəqliyyatın hərəkəti bağlanıb. O cümlədən, Laçın dəhlizi ilə Xankəndinə gedən yolda da heç bir avtomobil hərəkət edə bilmir. Dalidag.az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb. Mənbə yazır ki, saat 09:30-dan etibarən qar fırtınası ilə əlaqədar Saravan-Zəngər avtomobil yolu müvəqqəti bağlanıb, təmizləmə işləri aparılır. Qorus-Sisyan-Vayk avtomobil yolunda yük maşınlarının hərəkəti

(Etibar Nəcəfovun qəhrəmanlıq dastanı) Mehman kişi isti ocağından didərgin düşəndə ömrünün çal-çağırlı vaxtı idi. Doğulub boya-başa çatdığı Şeylanlının gur meşələrində, eniş-yoxuşlu dağ yollarında o qədər at yormuşdu ki... Buz bulaqlar başında ov quşlarından kabab çəkmiş, yoldan keçənləri dəfələrlə qonaq eləmişdi. Amma amansız zaman gülməmişdi üzünə. Düşmənin məkri, hiyləsi hər kəs kimi onu da didərgin salmışdı isti ocağından. Beləcə, pənah gətirmişdi Ağcabədiyə... Nəcəfovlar ailəsi Ağcabədiyə

Rusiya ilə Ukrayna arasındakı müharibə bütün dünyada böyük əks-səda doğurub. Nəhayət, Putinin dünyanı nüvə silahları ilə hədələməsi isə gündəmə başqa istiqamətdə dəyişib. Dalidag.az teleqraf.com-a istinadən xəbər verir ki, 2019-cu ildən bəri 15 min nüvə bombası üzərində araşdırma aparan mütəxəssislər hesabatlarını təqdim ediblər. Hesabata görə, dünya üzrə 4500 şəhəri məhv etmək üçün 13 min nüvə başlığı lazımdır. Dünyada mövcud olduğu təxmin edilən 15 000 və daha çox nüvə bombasının partlaması

Polşa parlamentinin aşağı palatası Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini pisləyən, onları insanlığa qarşı cinayət və soyqırım aktları adlandıran qətnamə qəbul edib. Dalidag.az xəbər verir ki, deputatlar sənədi yekdilliklə və alqışlarla qəbul ediblər. “Polşa Respublikasının Seymi uzun müddət davam edən zorakılıq aktlarını, müharibə cinayətlərini, insanlığa qarşı cinayətləri, soyqırım aktlarını, insan hüquqlarının sistematik şəkildə pozulmasını və beynəlxalq hüququn digər cinayətkar

Qərb tarix boyunca ikiüzlü davranıb və bizdən maşa kimi istifadə etməyə çalışıb. Eyni zamanda bizim həmişə onlardan asılı olmağımız üçün əllərindən gələni ediblər. Qərb hər zaman ölkəmizin istehsalçı yox, istehlakçı olmasını istəyib. İkili standartlar onların ənənəvi siyasətidir. Dalidag.az xəbər verir ki, bu sözləri Qərb ölkələrinin “Bayraqdar TB2”-lərlə bağlı haqsız siyasətini axar.az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Onun sözlərinə görə,
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024