“Azərbaycan müharibənin bitməsini gözləyir, ondan sonra isə...” – AÇIQLAMA
12-03-2022 15:37

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən atəşkəsin pozulması ilə bağlı xəbərlər gəlməkdə davam edir.
Azərbaycanın Müdafiə Nazirliyi həmin ərazilərdən ordumuzun mövqelərinə atəş açıldığını bildirib və adekvat cavab tədbiri kimi separatçılara dəqiq zərbələr endirdiyini elan edib.
Sözügedən ərazilərdə baş verənlərin açıq hərbi qarşıdurmadan çox Azərbaycanın hibrid müharibə taktikasını özündə ehtiva etdiyi deyilir. Bundan başqa anti-terror əməliyyatlarının başlaması ilə bağlı məlumatlar da yayılmaqdadır.
Maraqlıdır, indiki vaxtda bu ehtimalın real olması mümkündürmü? Anti-terror əməliyatları üçün uyğun zamandırmı?
Dalidag.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan siyasi məsələlər üzrə ekspert Turab Rzayev Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin yekununda müəyyən addımlar atacağını deyib:
"İndiki halda Qarabağda anti-terror əməliyyatlarının aparılması tezdir. Azərbaycan bütün dünya ölkələri kimi Rusiya-Ukrayna münaqişəsinin yekunlaşmasını gözləyir və oradakı dəyişikliklərdən asılı olaraq Qarabağdakı məsələlərlə bağlı münasibətini korrektə edəcək. Əgər Azərbaycan ərazisinə hücum, terror və təxribat olursa, demək ki, Qarabağda silahlı qruplaşmalar var. Biz açıq şəkildə görürük ki, sülh bəyanatında erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməli olduqları bildirilsə də, bu, baş vermir. Bundan başqa biz Laçın koridorunun hərbi yüklər üçün istifadə olunduğunu görürük”.
Ekspert anti-terror əməliyyatlarının başlaya biləcəyinə diqqət çəkib:
"Azərbaycan ermənilərin müxtəlif istiqamətlərdəki özbaşınalıqları ilə bağlı ATƏT-ə, BMT-ə və s. açıq şəkildə müraciət edib, etirazını bildirib. Sülh bəyanatının müddəaları pozulursa, deməli, Azərbaycanın da bu bəyanatı tanımamaq və anti-terror əməliyyatları aparmaq hüququ yaranır. Biz bir il əvvəl bu əməliyyatları sülh bəyanatına görə dayandırmışdıq. Azərbaycan ordusu indi təxribat və hücumlara cavab verir. Əgər Qarabağda rus sülhməramlıları olan ərazilərdə ermənilər istədikləri kimi davranarsa və Zəngəzur dəhlizinin açılması yubanarsa, o zaman Azərbaycan anti-terror əməliyyatlarını bərpa edəcək”.
Kateqoriya: Qarabağ
Tarix: 12-03-2022 15:37
Baxış sayı: 4350Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















