Reklam
Laçın dəhlizi bağlanır
14-03-2022 10:50
"Ermənistanla sərhəddən 5 km aralıda İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Naxçıvanla əlaqəsini nəzərdə tutan dəhlizin qurulması barədə Azərbaycan və İran arasında imzalanan sənəd regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişir".
Dalidag.az pravda.az-a istinadən xəbər verir ki, bunu deputat Musa Qasımlı bildirib.
M.Qasımlı bildirib ki, Azərbaycan regionda əsas oyunçudur, oyun qurucudur: "Azərbaycan Naxçıvanla əlaqənun qurulmasında Ermənistana ehtiyac duymur və onun şıltaqlığına dözən deyil. Ermənistan dalana dirənib. Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizi reallaşsa belə, İran ərazisindən keçəcək yolun işə düşməsi Rusiya və Ermənistan tərəfindən bəzi şəraitlərdə Azərbaycana siyasi təzyiq etmək imkanlarını aşağı salacaq və ya heçə endirəcək. Bu yol Türkiyə və İranı da bir-birinə sıx bağlayacaq. Rusiyaya qarşı sanksiyalar işə düşdüyündən və onun Qərbə çıxış qapısı bağlandıqdan Moskva Azərbaycana möhtac olacaq və beləliklə, Azərbaycan və onun ayrılmaz bir parçası olan Naxçıvan dünyanın vacib nəqliyyat-kommunikasiya mərkəzinə çevriləcək, ölkəmizin beynəlxalq mövqeləri güclənəcək, gəlirləri artacaq, əhalinin həyat şəraiti daha da yaxşılaşacaq. Azərbaycan Bakı-Tbilisi-Kars dəmiryolu ilə yanaşı bu yolla da Avropaya və Fars körfəsinə, Türkiyə isə türk dünyasına, Fars körfəzinə və sıx iqtisadi əlaqələrinin olduğu Rusiyaya çıxa biləcək. Bu yol sansksiyalarla üzləşən İrana da nəfəs almağa imkan verəcək, Rusiya ilə dəmiryolu əlaqəsi qurulacaq. Ermənistan Zəngəzur dəhlizinin reallaşdırılmasına imkan verməsə, bir müddət sonra Laçın dəhlizi də olmayacaq. Ermənistanın İran ilə yaxınlaşmaq niyyətləri suya düşür, Azərbaycanın təklifləri ilə razılaşmasa, düşdüyü qaranlıq quyudan çıxa bilməyəcək. Ermənistanın xilası Avropa Parlamentinin Azərbaycan tərəfindən artıq cırılıb zibil qurutusuna atılmış saxta qətnaməsi və digər sənədlərdən deyil, Azərbaycan və Türkiyə ilə normal qonşular kimi yola getməkdən və əməkdaşlıqdan keçir. Bu sənədin imzalanması göstərdi ki, əsas ölkənin ərazisinin həcminin böyüklüyü və əhalisinin sayının çoxluğu deyil, ona rəhbərlik edən şəxsin uzaqgörənliyi, müdrikliyi və strateji hədəflərinə səbrlə, addım-addım irəliləməsidir. Bunu da cənab Prezidentimiz İlham Əliyev etməklə millətimizdə qürur hissi yaşadır".

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-03-2022 10:50
Baxış sayı: 4174
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23