Bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi təəssüf ki, mümkün olmayacaq. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər. Dalidag.az xəbər verir ki, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev musavat.com-a müsahibəsində deyib. İnfeksionist bildirib ki, hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz: “İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin bu cür məcburi

Kəlbəcər rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. Dalidag.az -ın məlumatına görə, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və 72 nəfər kəlbəcərli məcburi köçkünün müraciəti dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin səlahiyyətləri

Prezident İlham Əliyev məcburi köçkünlərlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür. Qaçqınların və Məcburi Köçkünlərin İşləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 28-də Bakının Qaradağ rayonunda açılış mərasimi olan “Qobu Park-3” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. Kompleksə, əsasən, paytaxtın Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcəkdir. Koronavirus infeksiyasının qlobal pandemiya kimi bütün dünyanı sarsıtdığı, hər yerdə iqtisadi böhrana səbəb

Ukrayna Ali Radasının deputatları ölkənin Daxili İşlər naziri Arsen Avakovun istefası üçün imza toplamağa başlayıblar. Dalidag.az xəbər verir ki, bu barədə özünün Feysbuk səhifəsində Ali Radanın deputatı İqor Vasilyev məlumat verib. “Avakovun istefası üçün imza toplamağa başladıq”, – deyə o yazıb və yazının altına Radaya təqdim olunmaq üçün layihəni yerləşdirib. Qeyd edək ki, Ukrayna Ali Radası mart ayında səsvermə yolu ilə yeni Baş nazir Denis Şmıqalın təklif etdiyi hökumətin tərkibini

Əqli Mülkiyyət Agentliyi Fereydoun Asraei adlı iranlı müğənninin azərbaycanlı müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun repertuarından olan “Küçələrə su səpmişəm" xalq mahnısını fars dilində ifa edərək "Dooset daram" adı altında fars mahnısı kimi təqdim etməsini nəzarətə götürüb. Dalidag.az xəbər verir ki, bunu report-a Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib. Onun sözlərinə görə, məsələ agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun xüsusi nəzarətindədir:

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev Dağlıq Qarabağda keçirilən saxta seçkiləri təbrik edən Kanada parlamentinin deputatı Reyçl Harderə etiraz məktubu göndərməsindən danışıb. Dalidag.az xəbər verir ki, bunu T.Gəncəliyev Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deyib. “Araşdırma nəticəsində həmin deputatın köməkçisinin erməni əsilli Kanada vətəndaşı olduğu ortaya çıxıb. Görünən odur ki, köməkçisi həmin deputata saxta məlumatlar verib”, - Gəncəliyev

Dalidag.az dahi Azərbaycan şairi Seyid Əzim Şirvani haqqında maraqlı faktları təqdim edir. Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər. *** Əzimin 7 yaşı olanda atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşayır. Daha sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu

Dünən Azərbaycan Müdafiə Nazirliyi ordumuzun işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcəyini və bunun 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacağını açıqlayıb. Müdafiə Nazirliyinin bu açıqlamasından sonra bir sıra şəxslər bunu müharibə anonsu olaraq qiymətləndirir. Dalidag.az xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a açıqlama verən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, Azərbaycan

Maska taxmayan insanların cərimələnməsi ilə bağlı qanun qəbul edildi. Bunu vaxtında etmək lazım idi. Yumşaldılmalar aparılmazdan əvvəl elan edilməli idi ki, maska taxmayanlar cərimələnəcək. Artıq neçə gündür yoluxma 200-dən artıqdır, ölüm halları var. Bu kimi məqamlarda məntiqi ardıcıllıq olmalıdır. Buraxılan yanlışlığın nəticəsidir ki, yoluxma getdikcə artır. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb üzrə professor Adil Qeybulla son günlər yoluxma hallarının artması və
Yazı axını