Reklam
Erməni nazirin qovulması üçün hərəkətə keçildi - Şok gəlişmə
02-06-2020 17:47
Ukrayna Ali Radasının deputatları ölkənin Daxili İşlər naziri Arsen Avakovun istefası üçün imza toplamağa başlayıblar.Dalidag.az xəbər verir ki, bu barədə özünün Feysbuk səhifəsində Ali Radanın deputatı İqor Vasilyev məlumat verib.
“Avakovun istefası üçün imza toplamağa başladıq”, – deyə o yazıb və yazının altına Radaya təqdim olunmaq üçün layihəni yerləşdirib.
Qeyd edək ki, Ukrayna Ali Radası mart ayında səsvermə yolu ilə yeni Baş nazir Denis Şmıqalın təklif etdiyi hökumətin tərkibini təsdiqləyib. A. Avakov yeni kabinetində də Daxili İşlər Nazirliyinin başçısı vəzifəsini qoruyub saxlaya bilib.
Arsen Avakov 2 yanvar 1964-cü ildə Bakıda, Kirov qəsəbəsində (hazırda Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi) hərbi təyyarəçi ailəsində anadan olub. Atası Boris Surenoviç Avakov milliyətcə erməni, anası Tatyana Matveyevna Avakova (Tani Qabarayeva) milliyyətcə osetindir. Arsen Avakov iki yaşından etibarən – 1966-cı ildən daimi əsaslarla Ukraynada yaşayır. O, 27 fevral 2014-cü ildən Ukraynanın Daxili İşlər naziridir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 02-06-2020 17:47
Baxış sayı: 3470Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























