Kəlbəcər təkcə, şeiriyyəti, təkrarsız poeziyası ilə deyil, xeyirxah insanları, ədalətli rəhbərləri ilə də tanınır. Təqdim edəcəyimiz videoya dəyərli ziyalımız, professor Şahlar Əsgərovun səhifəsində rast gəldik. Haqqında bəhs etdiyimiz Səfər Verdiyev Kəlbəcərdə və digər rayonlarımızda məsul vəzifələrdə çalışıb. Kəlbəcər və Yardımlı rayonlarının Partiya Komitəsinin birinci katibi olub. Unudulmaz şair Səməd Vurğunun Kəlbəcərə səfəri, özü də incə ruhlu şeirlər yazan mərhum Səfər Verdiyevin rayonda

Məhəmməd Əmin Rəsulzadə (Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə) Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Artıq 10 gündür ki, bu il fevral ayının 9-da keçiriləcək növbədənkənar deputat seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. Bu müddət ərzində ayrı-ayrı dairələrdə rəqib namizədlər arasında üzləşmələr, əks tərəfə qarayaxma və sağlam olmayan rəqabət halları baş verib. Dalidag.az xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd, tanınmış vəkil Əziz Qənbərov da belə neqativ hallarla üzləşib. Əleyhdarlarının onun haqqında yalan-yalnış

Əsgəran rayonunun Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 28 il ötür. Dalidag.az bildirir ki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni

Xudavəng monastır kompleksi-ermənilər onu da özününküləşdirir... Kəlbəcərdə yerləşən və emənilərin tarixini saxtalaşdıraraq erməni kilsəsi kimi qələmə verdikləri Xudavəng monastır kompleksi əslində qədim alban məbədidir.Farscadan tərcümədə "təpədə yerləşən" anlamına gələn Xudavəng monastır kompleksi— Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində Vəng kəndi ərazisində yerləşir. VI-VII

İngiltərədə alimlər 3 min il öncə mumyalanan misirli rahibin səsini süni intellekt vasitəsilə bərpa ediblər. Dalidag.az xəbər verir ki, e.ə. XXI əsrin əvvəllərində 11-ci Ramzesin fironluğu dövründə rahiblik etdiyi bildirilən Nesyamunun səsi üç ölçülü səsyazma cihazı ilə olduğu kimi kopyalanıb. Mumyalanmış bədənin yaxşı qorunduğuna diqqət çəkilən məqalədə səsin bərpasının sadəcə yumşaq toxumaların zərər görmədiyi təqdirdə mümkün olduğu qeyd olunur. İlkin mərhələdə sadəcə e səsinə bənzər

Rusiyanın federal televiziya kanalının arxivindən tapılmış 2013-cü ilə aid görüntülər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Dalidag.az xəbər verir ki, 9 yanvar 2013-cü ildə “Rossiya 1” telekanalında nümayiş olunan “İmperiyanın əsgəri” sənədli filmində məşhur rusiyalı yazıçı və jurnalist Aleksandr Proxanov Qafanda azərbaycanlıların necə təhqirlərə, işgəncələrə məruz qalmaları və doğma torpaqlarından qovulmaları faktlarından söhbət açıb. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan ədəbiyyatında Kəlbəcər poeziyası həmişə ayrıca bir qol kimi fərqlənib. Dağı-dərəsi, bağı-bağçası, çınqılı belə şeir qoxuyan Kəlbəcər torpağının yetişdirdiyi qələm əhli dünən də oxucu diqqətindəydi, bu gün də... Bu gün yağı əlində yağmalanan, 27 ildi həsrətini çəkdiyimiz Kəlbəcərimizin didərgin düşmüş söz əhli göynəyini qələmlə bölüşür. Yeganə təsəlli, dərdini yazan qələmə sarılmaq, onunla dərddaş olmaqdı. Dərdini qələmə danışıb, özlərini sözlə ovutmağa çalışırlar, qədim yurdun həssas

Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində süni məskunlaşdırma siyasətini davam etdirir. Ermənistan KİV xəbərlərinə görə, Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Aqavno adlanır. 50 evin istifadəyə verildiyi kənddə daha 100 evin tikintisi aparılır. Bundan başqa, oyun meydançaları və məktəbin istifadəyə verilməsi də nəzərdə tutulur. Aqavno kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı İrəvanın “Politik.am” saytı yayıb. Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur “Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib. 11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib. O yazıb ki, bu
Yazı axını