Reklam
Ermənilər tarixi abidilərimizi özününküləşdirir, biz isə...-Video
26-01-2020 11:21
Xudavəng monastır kompleksi-ermənilər onu da özününküləşdirir...
Kəlbəcərdə yerləşən və emənilərin tarixini saxtalaşdıraraq erməni kilsəsi kimi qələmə verdikləri Xudavəng monastır kompleksi əslində qədim alban məbədidir.
Farscadan tərcümədə "təpədə yerləşən" anlamına gələn Xudavəng monastır kompleksi— Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində Vəng kəndi ərazisində yerləşir. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Muxtar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş daşlarTərtər çayının sahilindən– bir dərədə yığılaraq suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir.
Abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Ağdərə RPK katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar.
Ermənilər yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla alban abidəsini erməni kilsəsi kimi təqdim edir və ulu Artsakın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar.
Kompleksə ümumilkdə doqquz tikili daxildir. Onlardan beşi əsas tikili digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir. Kompleksə daxil olan abidələrin heç də hamısı dövrümüzə yaxşı vəziyyətdə çatmamış, onlardan daha qədim olanlar nisbətən dağılmışdır. Kompleksin ətrafı digər alban monastırlarında olduğu kimi möhkəm divarlarla əhatələnmişdir. Kompleksin əsas tikililəri Alban bazilikası (Müqəddəs Məryə ana baziliksaı) və Arzu xatun kilsələridir. Həmçinin kompleksə sonradan əlavə edilmişMüqəddəs Qriqoris məbədi və Həsən Cəlal kilsəsi də diqqətə layiq memarlıq nümunələridir.
Kompleksə daxil olan binaların inşası zamanı əsasən yerli qara bazalt daşdan, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilmiş, binaların damı isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülmüşdür.
Dalidag.az
]
Kateqoriya: Karusel / Kəlbəcər / Video
Tarix: 26-01-2020 11:21
Baxış sayı: 41 901
Yazı axını
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
05 / 11 / 2024
Ən çox oxunanlar
15-11-2024 10:41
14-11-2024 21:49