Reklam
Səfər Verdiyev- Unudulmayan yaxşılıq, yaddan çıxmayan xeyirxahlıq ünvanı
31-01-2020 13:28
Kəlbəcər təkcə, şeiriyyəti, təkrarsız poeziyası ilə deyil, xeyirxah insanları, ədalətli rəhbərləri ilə də tanınır.Təqdim edəcəyimiz videoya dəyərli ziyalımız, professor Şahlar Əsgərovun səhifəsində rast gəldik. Haqqında bəhs etdiyimiz Səfər Verdiyev Kəlbəcərdə və digər rayonlarımızda məsul vəzifələrdə çalışıb. Kəlbəcər və Yardımlı rayonlarının Partiya Komitəsinin birinci katibi olub. Unudulmaz şair Səməd Vurğunun Kəlbəcərə səfəri, özü də incə ruhlu şeirlər yazan mərhum Səfər Verdiyevin rayonda raykom katibi işləyən vaxta təsadüf edib. O, şairi isti qonaqpərvərliklə qarşılayaraq, onu rayonun görməli yerləri və tanınmış saz-söz adamları ilə yaxından tanış edib. Səfər Verdiyev Kəlbəcərin cənnətmisal bir parçası olan Boyaqlı Turşsuyu adlanan ərazisində Səməd Vurğunun Aşıq Şəmşirlə görüşünü də təşkil edib. O görüş ki, üstündən onilliklər ötməsinə baxmayaraq hələ də dillərdə dastandır. S. Verdiyev yaddaşlarda xeyirxah, vətənpərvər, el-obasına canı yanan bir rəhbər kimi qalıb. Deməli, yaxşılıq heç vaxt unudulmur, yaddan çıxmır.
Dəlidağ.az olaraq belə ziyalılarımızın xatirəsini tez-tez anır, təqdim edirik. Biz tanıyırıq, siz də tanıyın şüarını əsas gətirərək Səfər Verdiyev
haqqında videosüjeti təqdim edirik:
Sevinc Qərib
Dəlidağ.az
Kateqoriya: Karusel / Kəlbəcər / Video
Tarix: 31-01-2020 13:28
Baxış sayı: 41 832Yazı axını
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
27 / 03 / 2026
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
13 / 03 / 2026
13 / 03 / 2026
12 / 03 / 2026
Ən çox oxunanlar





























