Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir. Allah rəhmət eləsin! Dalidag.az

Fevralın 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Dalidag.az bildirir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.Mərasimdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənc əsgərlər təntənəli

Erməni hər yerdə ermənidi: pis xisləti qandan gəlir. Qardaş Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı ilə gedən "xilasedicilərin" soyğunçuluqla məşğul olduqları üzə çıxıb. Dalidag.az xəbər verir ki, Milli İstiqbarat Təşkilatının (MİT) əməkdaşları Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar. Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür. Hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir. 14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür. Hərbi Hava

Malatyada dağıntılar altında qaldığı ehtimal edilən 4 azərbaycanlı tələbənin yaşadığı binada axtarış işləri davam edir. Dalidag.az axtarış-xilasetmə yerindən görüntüləri təqdim edir:

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bu gün zəlzələdən zərər çəkən 10 uşaq Azərbaycana gətirilib, Elmi-Tədqiqat Pediatriya İnsitutuna yerləşdirilib. Dalidag.az xəbər verir ki, bunu Səhiyyənin Təşkili Şöbəsinin sektor müdiri Aynurə Zeynalova deyib. Onun sözlərinə görə, həmin uşaqlardan 6-sı oğlan, 4-ü qızdır: “Uşaqlardan ən kiçiyi 8 günlükdür, fevralın 2-də dünyaya gəlib. Ən böyük uşağın 14 yaşı var. Uşaqlar ailələri ilə birlikdə gətirilən kimi palatalara yerləşdirilib və müayinələrə başlanılıb. Eyni zamanda psixoloq və psixiatr da

Türkiyədə dəhşətli zəlzələ nəticəsində çoxsaylı dağıntıların və insan tələfatının olması, on minlərlə ailənin evsiz-eşiksiz və maddi təminatsız qalması uzun illərdir məcburi köçkünlükdən əziyyət çəkən həmvətənlərimizi də dərindən kədərləndirib. Onlar da türkiyəli qardaş və bacılarımıza yardım göstərmək məqsədilə ölkəmizdə aparılan yardım kampaniyasına qoşulublar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumata görə, respublikanın müxtəlif

Kahramanmaraş mərkəzli zəlzələlərdə Türkiyə vaxtı ilə saat 08.30-a olan məlumsta görə, 18 min 342 nəfər həyatını itirib, 74 min 242 nəfər isə yaralanıb. Dalidag.az "trthaber"ə istinadən xəbər verir ki, AFAD-dan verilən yazılı açıqlamaya görə, mərkəz Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 1509 artçı təkan baş verib. Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində

Qardaş Türkiyədə baş vermiş üzücü fövqəladə hal səbəbilə Türkiyədəki bacı və qardaşlarımız üçün yardım xətti yaradılmışdır. Yardım prosesinə dəstək məqsədi ilə Azərbaycan Skautlar Assosiasiyasının baş ofisi bir müddət həm də zəlzələdən zərərçəkənlər üçün yardım məntəqəsi kimi fəaliyyət göstərəcək. DƏSTƏK göstərmək istəyənlər aşağıdakı əlaqələndirici şəxslərlə - liderlərlə əlaqə yaradaraq və ya birbaşa özləri yardımlarını çatdıra bilərlər: 1) Bakı şəhəri üzrə: Baş ofisə təqdim edə bilərsiniz.
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024